vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
BANK, BİRJA, SIĞORTA  
12:14 | 9 noyabr 2016 | Çərşənbə Məqaləyə 545 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Meksikalılar «Divar»ı müzakirə edir

ABŞ-da səsvermənin nəticələri Asiya fondlarına təsir edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Meksikanın maliyyə naziri Joze Antonio Mide və Mərkəzi Bankın rəhbəri Aqustin Karstens çərşənbə günü yerli vaxtla saat 07:00-də [13:00 GMT] mətbuat konfransı keçirib.

Onlar çox güman ki, pesonun düşməsinin əhəmiyyətini və ola bilsin ki, Donald Trampın seçki kampaniyası dövründə haqqında danışdığı sərhəd boyunca tikmək istədiyi «Divar»ı müzakirə edəcək.

ABŞ-da prezident seçkilərində Donlad Trampın irəlidə olması ilə bağlı səsvermənin erkən nəticələrindən sonra Asiya fondlarının ehtiyatları düşüb.

Regionda bütün iri bazarlar pulların təhlükəsiz valyuta ehtiyatlarına axması ilə aşağı düşüb, o cümlədən, qızıl və valyutalarda da eyni hal müşahidə olunur.

Bu arada Meksika pesosu dollara nisbətdə rekord səviyyədə ucuzlaşıb.

Treyderlər Hillari Klintonun rahat qələbəsini gözlədiyi üçün, hətta gərgin mübarizə belə dəyişkənlik yaratmaq üçün kifayətdir.

Amerikalılar ABŞ-ın 45-ci prezidentini seçmək üçün çərşənbə axşamı seçki məntəqələrinə üz tutub.

Son nəticələrə görə, Respublikaçılar partiyasından namizəd Donald Tramp Demokratlardan olan rəqibi, Hillari Klintonu geridə qoyaraq səsvermədə liderlik əldə edib.