vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 6 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
MEDİA-QHT  
19:11 | 23 yanvar 2017 | Bazar ertəsi Məqaləyə 2356 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tanınmış jurnalist ölkədən getdi

Çingiz Sultansoy Almaniyadan sığınacaq istədi

MÖVZU İLƏ ƏLAQƏLİ

Tanınmış jurnalist Çingiz Sultansoy mühacirətə gedib. O, Almaniyaya gedib və sığınacaq almaq üçün müraciət edib. Vesti.az-ın məlumatına görə, jurnalist artıq qaçqınların ilkin sığınacağına – düşərgəyə yerləşib.

Ç.Sultansoy 1952-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsini bitirib.

90-cı illərin bir neçə populyar televiziya proqramının, o cümlədən «Jurnalist araşdırması», «Kontakt» kimi verilişlərin aparıcısı və müəllifi olub.

Yazıları Rusiya, Ukrayna, Gürcüstan, Ermənistan, Qazaxıstan, İsrail və başqa ölkələrin mətbuat orqanlarında dərc olunub.

O, həm də «Realnıy Azerbaycan» qəzetinin əməkdaşı olub.