vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AMERİKA  
13:05 | 27 yanvar 2017 | Cümə Məqaləyə 1706 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Putin Qorbaçov deyil»

Londondan Trampa xəbərdarlıq

MÖVZU İLƏ ƏLAQƏLİ

Britaniyanın baş naziri Tereza Mey (Theresa May) ABŞ prezidenti Donald Trampla ilk görüşündə onu Rusiya prezidenti Vladimir Putinlə ehtiyatlı olmağa çağırıb.

Bu, Donald Trampın xarici ölkə lideri ilə ilk görüşüdür, hərçənd üzbəüz danışıqlar az sonra Vaşinqtonda aparılmalı idi.

Tereza Mey Trampla danışıqlardan əvvəl respublikaçıların Filadelfiyada keçirilən toplantısında etdiyi geniş nitqdə ABŞ prezidentinin siyasətinə şərik olduğu məqamları vurğulayıb, lakin fərqli məqamları da gizlətməyib.

Britaniya baş naziri deyib ki, ABŞ daim dünyanın yükünü iftixarla çəkir və Britaniya bu yükə şərik olması ilə fəxr edir.

Xanım Mey xatırladıb ki, hər iki dünya müharibəsinə ABŞ-ın müdaxiləsi son qoyub.

O deyib ki, BMT-nin islahatlara ehtiyacı olsa da, ABŞ-ın və Qərbin yaratdığı bu təsisat bu gün də əhəmiyyətini saxlayır.

Tereza Mey eyni sözləri NATO-ya da aid edib və deyib ki, alyans Qərbin müdafiəsində məhək daşıdır.

Baş nazir əlavə edib ki, Britaniya öz ÜDM-nin 2 faizini müdafiəyə xərcləmək öhdəliyini yerinə yetirən 5 ölkədən biridir.


Qonşularını Rusiyadan qorumaq


Britaniya baş naziri çıxışında deyib ki, Britaniya və ABŞ bundan sonra «dünyanı öz təsəvvürlərinə uyğun şəkildə formalaşdırmaq məqsədilə» müharibələr kimi keçmişin səhvlərini buraxmayacaqlar.

Britaniya mətbuatı xatırladır ki, Donald Tramp da inaqurasiya çıxışında ABŞ-ın «öz həyat tərzini başqa ölkələrə zorla qəbul etdirməyəcəyini və yalnız parlaq nümunə olacağını» bəyan etmişdi.

Bununla belə, xanım May əlavə edib ki, «biz təhlükələr real olanda müdaxilədən çəkinərək bir kənarda dayanmamalıyıq».

Rusiya ilə münasibətlərə gəlincə isə Tereza Mey Ronald Reyqanla Mixail Qorbaçovun münasibətlərini misal gətirib.

O deyib ki, Qorbaçovla münasibətlərində Reyqanın prinsipi «etibar et, amma yoxla» idi, Putinlə münasibətlərdə isə prinsip «danışıqlar apar, amma ehtiyatlı ol» olmalıdır.

Tereza May bunu da əlavə edib ki, Rusiya ilə «güc mövqeyindən danışılmalıdır».

Baş nazirin sözlərinə görə, «Ronald Reyqanla Marqaret Tetçerin Şərqi Avropaya gətirdikləri azadlıq, Putinin «bu ərazi Rusiyanın nüfuz dairəsidir» iddiasını qəbul etməklə təhlükə qarşısında qoyulmamalıdır».

Xanım Mey vurğulayıb ki, xüsusilə də Krımın qanunsuz ilhaqından sonra Qərb Rusiyanın qonşuluğundakı ölkələrə təhlükəsizlik qarantiyası verməlidir.