vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7007 AZN
Avro 1 EUR = 2.0421 AZN
Rusiya rublu 1 RUB = 0.0293 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2982 AZN
Türk lirəsi 1 TRY = 0.4878 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
CƏMİYYƏT  
18:07 | 9 mart 2017 | Cümə axşamı Məqaləyə 266 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yeni ombudsman necə adam olmalıdır...

İnsan hüquq və azadlıqları ilə bağlı çatışan və çatışmayan tərəflər

Namidə BİNGÖL

MÖVZU İLƏ ƏLAQƏLİ

2010-cu il martın 5-dən yenidən İnsan hüquqları üzrə müvəkkil seçilən Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib. Milli Məclisin sonuncu iclasında Ombudsmanın 2016-cı il üzrə illik məruzəsi zamanı narazılıqlar da olub.

Ümumiyyətlə, Ombudsman İnstitutu necə olmalıdır?

Niyə görə bu institut daha çox tənqid olunur?

İnsan hüquq və azadlıqları ilə bağlı çatışan və çatışmayan tərəflər nədir?

Hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a açıqlamasında mövzu ilə bağlı fikirlərini bölüşüb.

«Ombudsman İnstitutu çox mühüm institutdur. Azərbaycan qanunvericiliyinə görə də çox vacib institutdur. İnsan hüquq və azadlıqları ilə bağlı məsələyə nəzarət etməklə yanaşı, insan hüquq və azadlıqlarının pozulmasının qarşısının alınmasında mühüm rol oynayır.  Məhz ona görə bir çox hallarda cəmiyyətin diqqətində olur. Bəzi hallarda tənqid obyektinə çevrilir. Çünki insan hüquq və azadlıqları son dərəcə geniş bir sahədir. Müxtəlif hüquq və azadlıqları əhatə edir. Ona görə də hüquq və azadlıqlarımızın pozulması ilə bağlı məsələlər aktualdır. Ombudsman aparatı bu məsələlərin gərək ki qarşısını alsın. Bu məsələlərlə bağlı daha çevik hərəkət etsin. Təbii ki, hər zaman buna nail olmaq mümkün olmur. Ona görə də bir çox hallarda hər tərəfdən tənqidə məruz qalır».

Hüquqşünas bildirib ki, Elmira Süleymanova heç də hər şeyi həll etmək iqtidarında deyil.

«Elmira Süleymanova Ombudsman Aparatı yaranan gündən ta bu yana fəal hərəkətli ombudsman olub. Digər tərəfdən o, hər şeyi həll etmək iqtidarında da deyil. Yeri gəlmişkən, həm Milli Məclisdə deputat olduğum dönəmlərdə, həm də sonralar onun fəaliyyətini ən çox tənqid edənlərdən biri olmuşam. Bəzi şərtlər var ki, heç ondan da asılı deyil. Həmçinin, Ombudsman işinin daha səmərəli və mütəşəkkil qurulması vacib amildir. İllər ərzində buna cəhd olundu və müəyyən yaxşı nəticələr var. Həm də iş olan yerdə nöqsan da olar».

İnsan hüquqları üzrə yeni müvəkkilin təyinatına gəlincə, Əliməmməd Nuriyev deyib ki, bu dəfə Elmira Süleymanova Ombudsman seçilməyəcək.

«Əlbəttə, yeni Ombudsmanın təyinatı gözlənilir. Bu yaxılarda Elmira Süleymanova Ombudsman olaraq son çıxışını edib. Ombudsman işinin təkmilləşməsi istiqamətində addımlar atılması potensialı var. Ümid edirəm ki, addımlar atılacaq. Bəzi hallarda obyektiv səbəblərdən bir çox işlər görülmür. Çünki müvafiq ştatların ayrılması, maliyyə məsələləri var. Ümid edirəm ki, bu institut gələcəkdə fəaliyyətini daha da genişləndirəcək. Adətən ombudsman olmaq üçün cəmiyyətdə nüfuz sahibi olan insanların namizədliyi verilir. İnanıram ki, bu dəfə də eyni yanaşma özünü göstərəcək. İnsan hüquq və azadlıqları sahəsində peşəkar, cəmiyyət daxilində və xaricdə nüfuz sahibi və prinsipial olan şəxslərin namizədliyi veriləcək. Buna şübhə etmirəm. Həmçinin, Ombudsmanın şəxsiyyətinin kim olması da vacib məsələdir.

Ombudsman elə bir sahədir ki, hamının oradan gözləntiləri var. Çünki insan hüquq və azadlıqlarından söhbət gedir. Ona görə də tənqid olunan sahədir. Hər bir qurumun çatışmayan cəhətləri var. Bu qurumun da çatışmayan cəhətləri zaman-zaman deyilir. Ümid edirəm ki, bu istiqamətdə gələcəkdə daha səmərəli işləmək imkanları götür-qoy edilməlidir».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *