vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AVROPA  
17:20 | 23 may 2017 | Çərşənbə axşamı Məqaləyə 1835 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Terroru İŞİD üstləndi

52 yaşlı terrorçu Xalid Məsud «İslam Dövlətinin əsgəri» olub

MÖVZU İLƏ ƏLAQƏLİ

Özünü İslam Dövləti adlandıran qruplaşma iddia edir ki, çərşənbə günü Londonda baş verən hücumu «İslam Dövlətinin əsgəri» həyata keçirib.

Metropoliten polisi hücumçunun İngiltərənin Kent qraflığında doğulmuş 52 yaşlı Xalid Məsud (Khalid Masood) olduğunu deyib.

Parlament binası yaxınlığında avtomobillə adamları vurduqdan sonra polisə ölümcül bıçaq xəsarətləri yetirən hücumçunun özü polis atəşilə öldürülmüşdü.

Polis Xalid Məsudun hücum baş verdiyi zaman araşdırılma altında olmadığını və onun hücum törətmək niyyətində olması barədə məlumat olmadığını deyib.

Lakin polis Xalid Məsuda keçmişdə fiziki hücum, fiziki xəsarət törətmək, silah daşımaq və başqa ittihamlarla hökm oxunduğunu bildirib.

Silahlı insident zamanı xəsarət alanlar arasında 3 fransalı məktəbli və iki Rumıniya vətəndaşı var.

Ötən il avtomobil hücumuna məruz qalan Fransa və Almaniya liderləri Britaniyaya dəstək bildiriblər.

ABŞ prezidenti Britaniya təhlükəsizlik qüvvələrini tərifləyərək itkilərə bağlı baş sağlığını bildirib.

«Belçika terrora qarşı mübarizədə Britaniyanın yanındadır», - Belçikanın baş naziri Çarls Mişel (Charles Michel) öz «Twitter»ində yazıb.

Baş sağlığını Rusiya, Türkiyə və Kanada hökumətləri də bildirib.

Çərşənbə günü hadisə ilə bağlı Parisdəki Eyfel qülləsinin işıqları söndürülüb.


Həbslər


Hücumdan sonra həyata keçirilmiş polis reydləri nəticəsində 8 nəfər saxlanılıb, polis bildirir.

Çərşənbə günü Parlament binası yaxınlığında hücumçu idarə etdiyi avtomobillə səkidəki adamları vurduqdan sonra polisə ölümcül bıçaq xəsarətləri yetirib. Hücum edən şəxs hadisə yerində hüquq-mühafizəçilərin atəşilə öldürülüb.

Son məlumata görə, silahlı insidentdə 40 yaşlı qadın və 50 yaşlı kişi həyatını itirib. Polis onların adlarını açıqlamır.

Həlak olan polis zabiti 48 yaşlı Keit Palmerdir (Keith Palmer). O, 15 il ərzində polis orqanlarında xidmət edib.

Xəsarət almış 29 adama tibbi yardım göstərilib. Onlardan 7 nəfərin vəziyyəti kritik sayılır.

Skotland Yard Metropoliten polisinin terrorçuluqla mübarizə bölməsinin rəhbəri ötən gecə ərzində həyata keçirilən əməliyyatda yüzlərlə polis əməkdaşının iştirak etdiyini bildirib.

Mark Roli (Mark Rowley) 6 ünvanda axtarışların aparıldığını qeyd edib.

O, Birmingem (Birmingham), London və «ölkənin digər hissələrində araşdırmaların davam etdirildiyini» bildirib.

Mark Ruli hücum edən şəxsin təkbaşına hərəkət etdiyi qənaətində olduğunu deyib.

«Əminliklə deyə bilərik ki, hazırkı mərhələdə ictimaiyyətə əlavə hədələrin olduğu barədə konkret məlumata malik deyilik».

Daha əvvəl Vestminister (Westminster) körpüsündə avtomobilin insanlar üzərinə sürülməsi nəticəsində 3 nəfərin öldüyü bildirilirdi.

Lakin Skotland Yard polis qərargahının qarşısında çıxış edən Mark Ruli iki nəfərin öldüyünü qeyd edib.

Polis hadisəni terror aktı kimi qiymətləndirir.

Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.


London hücumu barədə nə bilirik?


Londonun Westminster körpüsündə avtomobillə səkidəki adamları vuran əli biçaqlı şəxs daha sonra yaxınlıqdakı Parlament binasına doğru üz tutur.

Westminster sarayı binası ərazisində polisə biçaqla xəsarət yetirən şəxs hadisə yerində polis atəşilə öldürülür.

İnsidentdə polis və hücumçudan başqa daha iki nəfər həyatını itirir. Müxtəlif xəsarət alan 29 nəfərə tibbi yardım göstərilib.

Polis hadisəni terror hücumu kimi dəyərləndirir.

"İslam Dövləti" hücumu onun törətdiyini deyir.

Hücumçunun təkbaşına hərəkət etdiyi bildirilir.

İnsidentlə bağlı araşdırma çərçivəsində Britaniya boyu 8 nəfər saxlanılıb.