vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
AVROPA  
13:14 | 5 dekabr 2022 | Bazar ertəsi Məqaləyə 562 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Təyyarədə bomba əndişəsi

Polşadan İngiltərəyə uçan hava gəmisi Praqada məcburi eniş edib

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Polşanın Krakov şəhərindən İngiltərənin Bristola uçan sərnişin təyyarəsinin “bomba təhlükəsi” səbəbindən Çexiyanın paytaxtı Praqaya eniş etdiyi bildirilib.

“The Guardian”ın xəbərinə görə, Polşadan yola düşərək İngiltərəyə gedən “EasyJet” Hava Yollarının təyyarəsi bomba ola biləcəyi şübhəsi ilə Çexiyanın paytaxtı Praqaya yönləndirilib. Praqa Hava Limanı rəsmiləri bildiriblər ki, “6276” nömrəli təyyarə dünən yerli vaxtla saat 22.50-də hava limanına təhlükəsiz eniş edib.

Çexiya polisi ekspertlərin hadisə yerində olduğunu və bildirilən cihazı araşdırdıqlarını bildirib.

Aeroport rəhbərliyinin verdiyi açıqlamada təyyarədə təhlükəli obyektin olmadığı bildirilib.