vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 13 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
ELM-TEXNİKA  
12:56 | 5 aprel 2022 | Çərşənbə axşamı Məqaləyə 917 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ukraynanın işğalı və Rozalind Franklin

1,1 milyard dollarlıq Mars Roveri Yerdə qala bilər

İ.NƏBİOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyük Britaniyanın 1,1 milyard dollar və 15 il sərf etdiyi, ingilis biofiziki, kimyaçısı və kristalloqrafı (DNT, RNT, viruslar, kömür və qrafit strukturlarının araşdırılmasına böyük töhfələr vermiş) Rozalind Franklinin (1920 – 1958) şərəfinə adlandırlımış Mars Roveri deyəsən, heç vaxt Marsa çata bilməyəcək.

Missiya 2022-ci ilin sentyabrında başlayacaqdı. Lazımi avadanlıq və texnikanı Marsa Rusiyanın “Proton” raketi çatdırmalı idi. Qırmızı planetə isə bu yükü “Kozaçok” adlı rus eniş aparatının endirməsi nəzərdə tutulmuşdu.

Rusiyanın Ukraynanı işğalı sonrası Böyük Britaniya “Roskosmos”la əməkdaşlıqdan imtina etdi.

İngilis alimləri “Rozalind Franklin” roverini Marsa iki il sonra – Qırmızı planetə uçuş üçün əlverişli “pəncərə açılanda” göndərməyi təklif edirlər. Ən pis halda isə aparat Marsa ümumiyyətlə göndərilməyəcək.

Bu onu göstərir ki, Böyük Britaniya hökuməti Rusiyanı dünyadan təcrid etmək üçün ən ağır məhrumiyyətlərə belə getməkdən vaz keçmir…