“Nike” Rusiyanı tamamilə tərk edir
Şirkət pərakəndə satıcıları ilə müqavilə imzalamadı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
Dezinformasiya yayanlara sanksiya
Fransa XİN Rusiya şirkətlərini hədələdi
-
Rusiya ordusunda kritik dəyişiklik
Hərbi Dəniz Qüvvələrinə və Qara Dəniz Donanmasına iki təyinat
-
Tanekoya PUA zərbələri
Ukrayna Rusiyanın əsas neft emalı zavodunu vurdu
-
Rusiyaya PUA hücumu
“Shaded-136”lar istehsal olunan zavodda partlayış baş verib
-
150 minlik ordu
Rusiyada növbəti səfərbərlik üçün yaş həddi artırıldı
-
“Qətliam olacaq”
“85 il əvvəl 200 min rus əsgərini öldürmüşdük”
-
“Cəbhədə ehtiyaclar daim dəyişir”
Ukrayna PUA istehsalına hazırlaşır
-
“Havana sindromu” – sirr pərdəsi aralanır
Dünyanın səbirsizliklə gözlədiyi hesabat dərc olundu
ABŞ-ın idman geyimləri nəhəngi “Nike” Rusiyadakı fəaliyyətini dayandırdıqdan üç ay sonra bu ölkəni tamamilə tərk etdiyini bildirib. “Nike” cümə axşamı verdiyi açıqlamada Moskvanın Ukraynaya davam edən işğalına görə Rusiya bazarını tərk etmək üçün digər böyük Qərb brendlərinə qoşulduğunu deyib.
"Nike İnc.” Rusiya bazarını tərk etmək qərarına gəlib. “Nike” mağazaları bu yaxınlarda müvəqqəti olaraq bağlanıb və yenidən açılmayacaq”, – deyə, bildirilib. Şirkət Rusiyadakı veb saytının və onun tətbiqinin də bağlanacağını deyib.
Keçən ay “Nike” ölkədə öz məhsullarının ən böyük pərakəndə satıcısı olan Rusiyanın “İnventive Retail Group” (İRG) ilə françayzinq müqaviləsini uzatmayacağını bildirmişdi.
Martın əvvəlində “Nike” Rusiyada onlayn satışlarını dayandırıb və bir neçə gün sonra ölkədəki bütün mağazalarını, o cümlədən françayzinq müqavilələri əsasında fəaliyyət göstərən mağazalarını müvəqqəti bağlayıb.
“Nike” 28 ildir ki, Rusiya bazarında fəaliyyət göstərirdi. Fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayandan bəri müxtəlif sektorlardan onlarla iri beynəlxalq şirkət Rusiyanı tərk edib.