vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
SAĞLAMLIQ  
17:34 | 19 iyun 2014 | Cümə axşamı Məqaləyə 3318 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Təhlükəli dondurmalar!

Nazirlik sexlərdə reydlər keçirib

MÖVZU İLƏ ƏLAQƏLİ

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən «S.A.B.A. Şirkəti» MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə, istehlakçıların çaşdırılmasına səbəb olan dondurmaların istehsal edildiyi müəyyən olunub.


Nazirliyin mətbuat xidmətindən mətbuata verilən məlumata görə, yoxlama zamanı «Charlie», «Saturn» və «Лунные Ночи» əmtəə nişanlı dondurmaların ön tərəfindəki markalanma məlumatlarının, habelə «СТАКАНЧИК», «Ice dream», «СССР» və «ГОСТ» adlı dondurmaların adları və ön tərəfindəki markalanma məlumatlarının istehlakçılarda həmin məhsulların xaricdə istehsal olunması barədə yanlış təəsürat yaradan formada yalnız xarici dildə verildiyi müəyyən edilib.

Bundan başqa, «Saturn» əmtəə nişanlı dondurmaların markalanmasında məhsulun qida və enerji dəyəri barədə məlumatın verilmədiyi, «Baton karamelli» və «Lovetta» adlı dondurmaların markalanmasında məhsulun qida və enerji dəyəri barədə düzgün olmayan məlumatlar verildiyi aşkarlanıb.

Yol verilən qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən «S.A.B.A. Şirkəti» MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.