Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsi nə vəd edir?
Politoloq: «Amerika Azərbaycanı seçim qarşısında qoymaz»
Cavanşir ABBASLI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ABŞ-dan İrana yeni sanksiyalar
SEPAH üzvləri və həbsxana rəsmilərinin olduğu 12 nəfərlik siyahı
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
... 9 ABŞ şirkətinə sanksiya
Tayvana silah satışına görə...
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
-
PUA-larda süni intellekt
Alyans kvant texnologiyasına üstünlük verib
-
Şübhəli zərf həyəcanı
17 ştata içərisində şübhəli maddə olan məktublar göndərilib
-
30 nəfər ölüb
Mafiya müharibələrində ölkə qan gölünə çevrildi
-
Məşhurlardan Kuba çağırışı
Bir çox keçmiş dövlət başçıları və tanınmış simalar Bayden məktub yazıb
-
20 ildir ailəsini görmürdü
Çin 2006-cı ildən həbsdə olan amerikalı keşişi azad edib
-
Kreml nüvə silahına əl atarsa, ...
Biz taktiki nüvə silahları haqqında nə bilirik, Rusiya bunlardan istifadə edirmi?
-
Rusiya-ABŞ-Qərb tənliyi dağılmaq ərəfəsindədir
Münaqişə və məqsədlər artıq taktiki deyil, status və hətta mövcudluqla bağlıdır
-
“Reklam müharibəsi”
Tramp və Harris kampaniyalarının məbləğinin 10 milyardı keçəcəyi gözlənilir
-
Rusiyadan Qərbə “səbir tükənir” xəbərdarlığı
London isə Putini zorakılıqda ittiham edir
-
Trampın ətrafında silah səsləri
Bu dəfə ABŞ-ın keçmiş prezidentinin qolf oynadığı klubun yaxınlığından gəlib
-
“Fransa III Dünya müharibəsindən qorxur”
Rusiyanın nüvə silahını işə sala biləcəyini vurğulayan açıqlamaları Qərbdə narahatlıq yaradıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
Donald Trampın gəlişindən sonra ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələnin başlayacağı ilə bağlı deyilənlər getdikcə özünü büruzə verməyə başlayır. Mayın 28-də Respublika günü və ondan bir həftə sonra XXIV Beynəlxalq «Xəzər Neft və Qaz-2017» sərgi və konfransı ilə əlaqədar Trampın Azərbaycan prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktublarında bu özünü açıq şəkildə göstərdi.
Ağ Ev sahibi ölkəsinin Azərbaycanla əlaqələrinin möhkəmləndirilməsinə və əməkdaşlığın genişləndirilməsinə ciddi önəm verdiyini bildirdi. Bu məktublardan sonra iqtidaryönlü mətbuat orqanlarında Azərbaycan-Amerika əlaqələrinin əvvəlki prezident Barak Obama dövründən fərqli olaraq düzəldiyi, əlaqələrin getdikcə daha da genişləndiyi barədə yazılara tez-tez rast gəlməkdəyik. Başlanan yeni mərhələnin ölkəmiz adına müsbət töhfələr verəcəyi vurğulanır.
Politoloq Elxan Şahinoğlu ABŞ-ın Azərbaycanın enerji resurslarının dünya bazarına çatdırılmasında maraqlı olduğunu söylədi: «Donald Tramp ABŞ prezidenti seçilməzdən öncə Rusiya ilə münasibətləri normallaşdıracağını vəd edirdi. Hələ ki bu alınmır. Əksinə, münasibətlərdə sualların sayı artır. Tramp Rusiya siyasətində Konqresin, Pentaqonun və Mərkəzi Kəşfiyyat İdarəsinin mövqeyini nəzərə almaq məcburiyyətindədir. Bu qurumlar isə Rusiya ilə yaxınlaşmanın əleyhinədirlər. Bu arada ABŞ-Rusiya münasibətlərinin hazırkı vəziyyəti Azərbaycana nə vəd edir sualı aktuallaşır. Bir neçə il əvvəl Rusiya-Türkiyə münasibətləri gərgin idi və bu, Azərbaycanın maraqlarına cavab vermirdi. İndi də ABŞ-Rusiya münasibətləri gərgindir. Bu da Azərbaycanın maraqlarına cavab vermir. Rusiya və ABŞ Azərbaycana tərəfdaş ölkələr sayılır. Amerika Azərbaycanı seçim qarşısında qoymaz, məsələn, deməz ki, «ya biz, ya Rusiya».
Ancaq Rusiya bizi belə bir seçim qarşısında qoya bilər. Bu, Moskvanın ənənəvi siyasətinə uyğundur. Məsələn, Azərbaycan ordusu 2016-cı ilin aprelində işğal altındakı torpaqlarda Ermənistan ordusuna qarşı hərbi əməliyyata başladıqda rusiyalı rəsmilər və ekspertlər dedilər ki, guya Cənubi Qafqazda vəziyyətin gərginləşməsi Türkiyənin planıdır və Azərbaycanı da müharibəyə guya Ankara təhrik edib. Çünki o dövrdə Rusiya-Türkiyə münasibətləri hələ normallaşmamışdı və prezidentlər hələ barışmamışdılar. Ona görə də Türkiyəni hədəf götürmək üçün istənilən bəhanədən istifadə edirdilər. Eləcə də növbəti müharibə başlasa, Moskva bu dəfə də Amerikanı hədəf seçərək deyəcək ki, Azərbaycanı müharibəyə Vaşinqton təhrik edib. Amerika Azərbaycanın enerji resurslarının dünya bazarlarına çatdırılmasında maraqlıdır. Bu isə Rusiyadakı müxtəlif mərkəzlərin maraqlarına cavab vermir. Donald Tramp Azərbaycanın ünvanına xeyli isti mesajlar göndərib. Bu, rəsmi Bakını sevindirib. Azərbaycan prezidenti İlham Əliyev Trampın Səudiyyə Ərəbistanındakı çıxışını yüksək qiymətləndirib. Çünki Tramp həmin çıxışında vurğuladı ki, Amerika başqa ölkələrin daxili işlərinə qarışmayacaq.
Rəsmi Bakı isə hər zaman məhz bu məsələdən şikayətlənib, Vaşinqtona işarə edərək Amerikanın Azərbaycanın daxili işlərinə qarışmasından narahat idi. Rəsmi Bakı Barak Obama administrasiyasının bu siyasətindən narazı idi. İndi isə rəsmi Bakı durumun dəyişəcəyinə ümid edir. Bu ümidləri doğruldacaq Donald Trampın İlham Əliyevə göndərdiyi son iki məktub əsas göstərilir. Amerika prezidenti ilk məktubunu 28 may Respublika günü münasibətilə göndərdi. Həmin məktubda İlham Əliyevin və Azərbaycanın ünvanına çox isti mesajlar yer almışdı. Bu məktubdan bir həftə sonra Donald Tramp İlham Əliyevə növbəti məktubunu göndərdi. Trampın Bakıda keçirilən 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi ilə əlaqədar ünvanladığı məktubda da oxşar isti cümlələr yer almışdı: «ABŞ Cənub Qaz Dəhlizini dəstəkləyir»; «ABŞ sizinlə işləməyə hazırdır»; «ABŞ Azərbaycanla birgə həyata keçirilən layihələrə böyük önəm verir», «Azərbaycanın inkişafını, enerji təhlükəsizliyinin qorunması yönündə səylərini dəstəkləyirəm».
Politoloq Trampın Azərbaycana göndərdiyi təbrik mesajlarındakı isti məqamların nədən qaynaqlandığına toxundu: «Məktubdakı isti mesajlar ondan xəbər verir ki, Tramp administrasiyası Azərbaycanın bölgədə oynadığı rola müsbət qiymət verir. Donald Tramp həm də biznesmendir və demək, onu Azərbaycan kimi ölkələrlə əməkdaşlıqdan əldə olunacaq siyasi və iqtisadi qazanc da maraqlandırır. Buna görə də rəsmi Bakı ümid edir ki, Donald Tramp administrasiyası Barak Obama administrasiyasından fərqli olaraq, Azərbaycanın daxili işlərinə qarışmayacaq. Bu, Bakı ilə Vaşinqton arasında tərəfdaşlıq münasibətlərinin inkişafına dəstək verə bilər. Rəsmi Bakının Vaşinqtondan ən böyük gözləntisi yaxın illərdə İlham Əliyevi ABŞ-a rəsmi səfərə dəvət etməsi olacaq. Buna baxmayaraq, Bakı çalışacaq ki, Azərbaycan-Amerika münasibətləri Azərbaycan-Rusiya münasibətlərinə zərər verməsin. Ancaq məsələ burasındadır ki, Rusiyadakı siyasi mərkəzlər özləri Azərbaycanla münasibətlərdə problemlər yaradırlar. Bunlardan haqqında ən çox danışılanı Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvidir».