vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
ELM-TEXNİKA  
09:23 | 18 sentyabr 2024 | Çərşənbə Məqaləyə 91 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

1.5 milyardlıq cərimə ...

AB məhkəməsi “Google”a qərarı ləğv edib

ELŞAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Birliyinin (AB) Baş Məhkəməsi “AdSense” reklam xidmətində bazar üstünlüklərindən sui-istifadə etdiyinə görə Avropa Komissiyasının “Google” texnologiya şirkətinə tətbiq etdiyi 1,49 milyard avro cəriməni ləğv edib.

Mərkəzi ofisi Lüksemburqda olan və AB-nin ən yüksək məhkəməsi olan Avropa Ədalət Məhkəməsinin strukturuna daxil olan Baş Məhkəmə, “Google”un “Alphabet” çətiri altında AB Komissiyasının tətbiq etdiyi cəriməyə qarşı açdığı iddiada qərarını açıqlayıb.

Məhkəmə, AB Komissiyasının 5 il əvvəl “Google”a “AdSense” internet reklam xidmətində bazar üstünlüklərindən sui-istifadə etdiyinə görə tətbiq etdiyi 1,49 milyard avro cəriməni ləğv edib.

Qərarda “Ümumi Məhkəmə Komissiyanın “Google AdSense” ilə bağlı qərarını ləğv etdi”, – yazılıb.

Məhkəmə, Komissiyanın “Google”u təxminən 1,5 milyard avro cərimələdiyi qərarda müqavilə bəndlərinin müddətinin dəyərləndirilməsində səhvlərə yol verildiyinə qərar verdi.

“Google AdSense” veb sayt sahibləri və reklamçılar arasında vasitəçi rolunu oynayır.