vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 11 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AVTO  
09:11 | 11 sentyabr 2024 | Çərşənbə Məqaləyə 186 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... 1,5 milyon “BMW” geri çağırılacaq

Əyləc sistemindəki problemlərə görə ...

FATEH

Münhendə yerləşən avtomobil istehsalçısı “BMW Group”, əyləc sistemindəki problemlərə görə 1,5 milyon avtomobili geri çağıracağını açıqlayıb.

Şirkət 2024-cü maliyyə ili üçün gözləntilərinə düzəliş edib. 1,5 milyon avtomobilin əyləc sistemindəki problemlər səbəbiylə geri çağırılacağını açıqlayan şirkət, zəmanət xərclərində artım olacağını açıqlayıb. Bu açıqlamadan sonra “BMW”nin səhmlərində 11 faiz dən çox azalma olub.

“BMW” həmçinin Çində tələbin durğunluğu səbəbindən satışlarının azaldığını və istehlakçı tələbinin zəif qaldığını bildirib.

“BMW”də problemlər Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada “Volkswagen”də böhranla bağlı xəbərdarlıqların və ölkədə sənayesizləşmə riskinin artdığı bir vaxtda baş verir.

Alman avtomobil istehsalçısı “Volkswagen” qənaət və xərclərin azaldılması tədbirlərinin bir hissəsi olaraq tarixində ilk dəfə Almaniyadakı fabriklərini bağlamağı düşünərkən, şirkət 30 illik məşğulluğun qorunması müqaviləsini vaxtından əvvəl ləğv edəcəyini təsdiqləyib.