vaxtlı-vaxtında oxuyun! Şənbə, 28 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
21:10 | 26 sentyabr 2024 | Cümə axşamı Məqaləyə 48 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İsrail Beyrutu vurdu

Hədəf “Hizbullah”ın yüksək rütbəlisi idi

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrail hərbçiləri Livanın paytaxtı Beyrutu vurub. Yerli mənbələrin məlumatına görə, 3 nəfər yaralanıb. İddialara görə, hədəf “Hizbullah”ın yüksək rütbəli komandiri olub.

İsrailin atdığı raketlər ötən həftə başqa bir hücumda məhv edilən “Rıdvan Qüvvələri”nin komandiri İbrahim Alikin öldüyü Dahiyə rayonuna düşüb.

Yerli mənbələr ən azı üç ayrı raketin Beyrut ətrafında binaları məhv etdiyini bildirib. “Reuters”ə danışan şahidlərin bildirdiyinə görə, şəhərin cənub ətraflarında güclü partlayış səsi eşidilib və ərazidən sıx toz buludu qalxıb.

Yerli mənbələr hücum nəticəsində 2 nəfərin öldüyünü, 15 nəfərin yaralandığını bildirib.

İsrail qüvvələri Beyrutdakı hərbi hədəfləri dəqiqliklə vurduqlarını açıqlayıb. İsrail mətbuatının ordudakı mənbələrə istinadən verdiyi məlumata görə, hədəf “Hizbullah”ın pilotsuz uçuş aparatlarına cavabdeh komandiri Əbu Saleh olub.

“Hizbullah” hədəfə alınan komandirin taleyi ilə bağlı açıqlama verməyib.