vaxtlı-vaxtında oxuyun! Şənbə, 28 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AMERİKA  
13:11 | 26 sentyabr 2024 | Cümə axşamı Məqaləyə 74 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ölümdən döndülər ...

... 2 nəfər yaralandı

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-da “United Airlines” şirkətinə məxsus sərnişin təyyarəsinin havada başqa bir təyyarə ilə toqquşmasından yayınarkən manevr etməsi nəticəsində 2 sərnişin xəsarət alıb.

Şirkətdən “The Washington Post”a elektron poçt vasitəsilə verilən açıqlamaya görə, sərnişinlərin xəsarət alması ilə nəticələnən insident sentyabrın 19-da baş verib. “United Airlines”a məxsus sərnişin təyyarəsi San Fransisko Beynəlxalq Hava Limanına doğru enərkən daha aşağı hündürlükdə olan təyyarəni vurmamaq üçün sürətini azaldıb.

Manevr zamanı təyyarədə yaralanan iki sərnişin xəstəxanaya aparılıb. Hadisədə iştirak edən digər təyyarə və sərnişinlərin xəsarət alması barədə məlumat verilməyib.

Təyyarə sağ-salamat San Fransiskoya eniş edərkən yaranan insidentlə ilə bağlı araşdırmalar davam edir. Federal Aviasiya Administrasiyasının məlumatına görə, Amerika hava məkanında hər gün orta hesabla 45 min uçuş həyata keçirilir və təxminən 2,9 milyon sərnişin daşıyır.