vaxtlı-vaxtında oxuyun! Şənbə, 28 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
AVROPA  
16:12 | 26 sentyabr 2024 | Cümə axşamı Məqaləyə 56 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Bu nifrət cinayətidir”

Şimali İrlandiya polisi müsəlmanlar əleyhinə olan plakatları yığışdırıb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyük Britaniyanın bir hissəsi olan Şimali İrlandiyada polis bir keçənin dirəklərinə asılmış müsəlman və mühacir əleyhinə plakatları yığışdırıb.

Ölkə mətbuatında yer alan xəbərlərə görə, ölkənin infrastruktur naziri Con O'Doud ayın əvvəlində polis rəisi Konsteybl Con Boutçerə məktub yazaraq, ondan Nyutaunabbey bölgəsində mühacir əleyhinə plakatların yığışdırılmasını tələb edib.

Tələbdən sonra Şimali İrlandiya Polisi (PSNİ), cəmiyyətin narahatlığını nəzərə alaraq, Raçkul küçəsində dirəklərdən asılmış “Bölgələrimizdə müsəlmanların və ya qeyri-qanuni mühacirlərin məskunlaşmasına kömək edən hər kəs, məsuliyyətə cəlb olunmalı”, “Qanunsuz mühacirlərə son qoyulmalıdır” və “Uşaqlarımızı qorumalıyıq” kimi nifrət yaradan plakatları yığışdırıb.

***

PSNİ BBC-yə verdiyi açıqlamada plakatların “qəbuledilməz” olduğunu bildirib.

PSNİ-nin sözçüsü ərazidəki plakatların yığışdırıldığını və bu plakatların asılmasını “nifrət cinayəti” kimi qəbul etdiklərini bildirdi.