vaxtlı-vaxtında oxuyun! Şənbə, 28 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
ASİYA  
13:42 | 26 sentyabr 2024 | Cümə axşamı Məqaləyə 70 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Papadan hərbi xuntaya çağırış

Fransisk devrilmiş Myanma liderinə sığınacaq təklif edib

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Roma Papası Fransisk Myanmanın devrilmiş lideri Anq San Su Çiyə Vatikanda sığınacaq təklif edib.

Katolik Xəbər Agentliyinin məlumatına görə, Papanın bu təklifi 2-13 sentyabr tarixləri arasında Cənub-Şərqi Asiya səfəri zamanı və İndoneziyanın paytaxtı Cakartada Cizvitlərlə görüşündə etdiyi bildirilib.

Romada yaşayan Cizvit keşişi Antonio Spadaronun çərşənbə axşamı (sentyabrın 24-də) İtaliyanın məşhur qəzetlərindən “Corriere della Sera”da dərc olunan məqaləsində Fransisin 3-6 sentyabr tarixlərində Cakartaya səfəri zamanı devrilmiş lideri azad etmək üçün çağır etdiyi bildirilib: “Myanmanın gələcəyi hər kəsin ləyaqətinə, hüquqlarına hörmət edildiyi və hər kəsin ictimai rifahına xidmət edən, demokratik nizama əsaslanan sülh olmalıdır”.

Katoliklərin 87 yaşlı ruhani lideri sonuncu dəfə Myanmaya 2017-ci ilin dekabrında səfər edib.

Myanma ordusu 2020-ci il ümumi seçkilərində saxtakarlıq iddialarından sonra 2021-ci il fevralın 1-də hakimiyyəti ələ keçirib. Bir çox insan, xüsusən də faktiki lider və Xarici İşlər Naziri Anq San Su Çi saxlanılıb və bir il müddətinə fövqəladə vəziyyət elan edilib.

Hərbi xunta Britaniyada təhsil almış Myanma liderini dövlətə xəyanət və rüşvətxorluq da daxil olmaqla bir çox ittihamlarla mühakimə edib və onu 27 il həbs cəzasına məhkum edib.

Ona qarşı irəli sürülən bütün ittihamları rədd edən Su Çinin harada saxlandığı və ya ziyarətçiləri qəbul etməyə icazə verilib-verilmədiyi məlum deyil.

“Reuters” xəbər agentliyinə danışan və Su Çiyə qarşı məhkəmə prosesini yaxından izlədiyini deyən bir mənbə, vəkillərinin devrilmiş liderlə əlaqə saxlaya bilmədiyini iddia edib.

Çevrilişdən sonra vətəndaş müharibəsinə sürüklənən Cənub-Şərqi Asiya ölkəsində Myanma Milli Demokratik Alyans Ordusu (MNDAA), Buddist Arakan Ordusu və Taanq Milli Azadlıq Ordusunun yaratdığı “Üç Alyans” Myanma ordusu ilə qarşıdurmadadır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) rəqəmlərinə görə, hərbi çevriliş zamanı ən azı 5350 mülki şəxs həlak olub, 3,3 milyondan çox insan isə didərgin düşüb. Həmçinin, təxminən 27.400 nəfərin saxlanıldığı, 88-i uşaq və 125-i qadın olmaqla, ən azı 1.853 nəfərin həbsdə öldüyü iddia edilir.