vaxtlı-vaxtında oxuyun! Şənbə, 28 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
AMERİKA  
20:19 | 25 sentyabr 2024 | Çərşənbə Məqaləyə 67 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Hər dəfə milyard dollarla gedir”

Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Moskvanın Kiyevə qarşı müharibədə uduzmayacağına eyham vurub.

Corciya ştatında seçicilər qarşısında çıxış edən Tramp prezident Co Baydenin ABŞ-ın Ukrayna qalib gələnə qədər onu dəstəkləyəcəyi ilə bağlı açıqlamalarını ələ salıb.

Tramp İkinci Dünya müharibəsində Adolf Hitler və nasistləri məğlub etməkdə Sovet İttifaqının rolunu və Fransa imperatoru Napoleon Bonapartın Rusiya ərazisini işğal etmək cəhdinin uğursuzluğunu xatırladıb.

Keçmiş prezident deyib: “Keçən gün bir nəfər mənə dedi ki, onlar Hitleri də, Napoleonu da məğlub etdilər. Onlar döyüşürlər və bu, ürəkaçan deyil”. O, açıqlamaları ilə Rusiyanın müharibədə uduzmayacağını eyham edib.

ABŞ-ın Rusiya və Ukrayna arasındakı müharibədən “çıxmalı” olduğunu vurğulayan Tramp, Baydenin “(Ukrayna) qalib gələnə qədər (dəstəkləməyə) davam edəcəyik” dedi. O, ifadələrində səsini aşağı salmaqla indiki prezidenti yamsılayıb.

***

Trampla Ukrayna prezidenti Vladimir Zelenski arasında uzun müddətdir ki, soyuq küləklər əsir.

Ötən həftə “The New Yorker” jurnalına verdiyi müsahibədə Zelenski Trampın münaqişəni başa düşmədiyini və onu çox sadələşdirdiyini eyham edib və Trampın müavini olaraq namizədliyini irəli sürdüyü Ceyms Vensin “çox radikal” olduğunu bildirib.

Tramp çıxışında Ukrayna prezidentini hədəfə alıb və Baydenin müharibəyə dəstəyini tənqid edərək, “Zelenski hər dəfə ABŞ-a gələndə 100 milyard dollarla çıxıb gedir” deyib. Bununla belə, Dövlət Departamentinin məlumatlarına görə, ABŞ 2022-ci ildən bəri Ukraynaya 56 milyard dollardan çox hərbi dəstək verib.

Tramp həmçinin noyabrda keçiriləcək prezident seçkilərində seçiləcəyi təqdirdə Rusiya və Ukrayna arasındakı müharibəni “tezliklə” bitirəcəyini təkrarlayıb.