vaxtlı-vaxtında oxuyun! Şənbə, 28 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
BÖHRAN  
15:51 | 26 sentyabr 2024 | Cümə axşamı Məqaləyə 55 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kremldən hədə dolu açıqlama

“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin nüvə qarşısının alınması siyasətlərinin yenilənməsi ilə bağlı etdiyi çıxışla bağlı dəyərləndirmələr edib.

Rusiyanın nüvə silahı arsenalını genişləndirməyi planlaşdırmadığını bildirən Peskov, Təhlükəsizlik Şurasının iclasında bu məsələnin müzakirə olunmadığına diqqət çəkib.

“Hazırda bizim nüvə triadası ölkəmizə qarşı təxribat və hücumun qarşısının alınmasında mütləq təminatçıdır”, – deyə Peskov bildirib.

Rəsmi nüvə doktrinasının yenilənməsi zamanı nüvə sınaqlarına moratoriumdan imtina imkanının müzakirə edilib-edilməməsi sualına cavab verməyib.

Rusiyanın nüvə çəkindirmə siyasətlərini yeniləməsi ilə bağlı işlərin dünyadakı vəziyyətə təsir edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran Peskov deyib: “Xeyr, hələ öz təsirini göstərməyə başlamayıb. Əslində bütün dünya və sağlam düşüncəli insanlar nüvə potensialımızı və onun çəkindirici rolunu bilir”.

Yenilənmiş sənəddə dəyişikliklərin edildiyini bildirən Peskov bu sənədin Rusiyanın nüvə doktrinasını təşkil edən sənədlərdən biri olduğunu xatırladıb.

“Nüvə doktrinasının nə vaxt dərc ediləcəyi ilə bağlı qərarlar vaxtında elan olunacaq”, - Peskov bildirib.

Həssas dövlət başçılarının, siyasətçilərin və analitiklərin Rusiya prezidenti Putinin açıqlamalarının ciddiliyini çox yaxşı anladıqlarını ifadə edən Peskov, “Xüsusilə Ukrayna ətrafındakı münaqişədə Qərb ölkələrinin birbaşa iştirakı ilə nüvə silahları da daxil olmaqla görünməmiş bir müharibədən danışıldığını başa düşürlər. Bu, ölkələr təkcə nüvə silahı ilə deyil, həm də müxtəlif vasitələrlə ölkəmizə hücumda iştirak edəcəkləri təqdirdə baş verəcəklərin nəticələri barədə xəbərdarlıq edən siqnaldır”.

Ötən gün Putinin açıqladığı nüvə doktrinasındakı yeniliklərin Qərbə qəti siqnal kimi qəbul edilib-edilməməsi ilə bağlı suala Peskov, “Bu, Qərbə qəti siqnal kimi qiymətləndirilməlidir”, deyib.

Rusiya prezidenti Putin dünən Təhlükəsizlik Şurasının üzvləri ilə görüşündə “nüvədən çəkindirmə sahəsində dövlət siyasətinin əsaslarının yenilənməsini” müzakirə edib. Bu kontekstdə Putin nüvə silahına malik olmayan bir dövlətin Rusiyaya qarşı nüvə dövlətinin iştirakı və dəstəyi ilə hücumunu ortaq hücum kimi qiymətləndirəcəklərini bəyan edib.