vaxtlı-vaxtında oxuyun! Şənbə, 28 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
11:16 | 26 sentyabr 2024 | Cümə axşamı Məqaləyə 58 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Saatda 19 km sürətlə irəliləyir

ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın şərq sahillərindəki bəzi ştatlarda və Meksikanın cənub-qərbində “Con” və “Helen” qasırğalarının, o cümlədən “İsaak” tropik qasırğasının təsirli olacağı gözlənilir.

ABŞ Milli Qasırğa Mərkəzi, “Helen” qasırğasının Florida ştatının Tampa şəhərindən təxminən 690 kilometr cənub-qərbdə aşkar edildiyini açıqlayıb.

Qasırğanın “4-cü kateqoriya” intensivliyinə təsir göstərə biləcəyi ifadə edilib və Meksikanın Yukatan yarımadası və Floridanın şimal-qərb sahilləri üçün xəbərdarlıq edilib.

Digər tərəfdən, Cənubi Karolina, Şimali Karolina, Corciya və Florida ştatlarının qubernatorları “Helen” səbəbindən ştatlarında “fövqəladə vəziyyət” elan edildiyini açıqlayıb.

***

Atlantik okeanında əmələ gələn “İsaak” tropik fırtınasının həftənin sonuna kimi güclənərək qasırğaya çevriləcəyi gözlənilir.

Milli Qasırğa Mərkəzi “İsaak”ın Bermudadan təxminən 1115 kilometr şimal-şərqdə təsbit edildiyini və saatda 19 kilometr sürətlə şərqə doğru irəlilədiyini açıqlayıb.

Mərkəz, Con qasırğasının Meksikanın Zihuatanejo şəhərindən təxminən 95 kilometr cənub-şərqdə olduğunu bildirib.

Sentyabrın 24-də Meksikanın Sakit Okeanla həmsərhəd olan bəzi cənub ştatlarına təsir edən “3-cü kateqoriya” “Con” qasırğası nəticəsində iki nəfər həyatını itirib.