vaxtlı-vaxtında oxuyun! Şənbə, 28 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
23:51 | 25 sentyabr 2024 | Çərşənbə Məqaləyə 70 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

312 trilyon dollar borc

Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Qlobal borclar Çin və ABŞ-da borclanması hesabına 2 trilyon dollardan çox artıb. Yekun məbləğ ilin birinci yarısında 312 trilyon dollara yüksəlib.

Bu rəqəmlər Beynəlxalq Maliyyə İnstitutunun (IIF) “Qlobal Borc Monitoru” hesabatında dərc edilib.

Hesabata görə, ilin birinci yarısında qlobal borcun məbləği təxminən 2,1 trilyon dollar artaraq 312 trilyon dollara çatıb.

Bu dövrdə qlobal borcun artımı ötən ilin birinci yarısında qeydə alınan 8,4 trilyon dollar artımdan xeyli aşağı olub.

Ötən ilin eyni dövründə qlobal borcun həcmi 302,4 trilyon dollar olaraq hesablanıb.

Qlobal borc artımının böyük hissəsi Çin və ABŞ-da borclanma hesabına baş verib. Hindistan, Rusiya və İsveç də qlobal borcun artmasına töhfə verib. Ümumi borc məbləğində əhəmiyyətli azalma bir çox Avropa ölkələrində və Yaponiyada qeydə alınıb.

İlin ikinci rübündə inkişaf etmiş iqtisadiyyatların ümumi borcu 210,5 trilyon dollar olaraq hesablandığı halda, inkişaf etməkdə olan bazarların borcu 101,3 trilyon dollar olub.

Qlobal borc bölgüsünə baxıldığında, bu dövrdə ev təsərrüfatlarının borcları 59,6 trilyon dollara, qeyri-maliyyə şirkətlərinin borcları 89,6 trilyon dollara, dövlət borcları 91,7 trilyon dollara, banklar kimi maliyyə şirkətlərinin borcları isə 70,9 trilyon dollara yüksəlib.

Qlobal borcun ümumi daxili məhsula (ÜDM) nisbəti ümumən sabit kurs keçərək 327-328 faiz ətrafında dəyişib.

Ümumi ÜDM-ə nisbəti nəzərə alınmaqla, ikinci rübdə əhalinin borcları ötən ilin müvafiq dövrü ilə müqayisədə 62 faizdən 60,9 faizə, qeyri-maliyyə şirkətlərinə məxsus borclar 91,5 faizdən 90,6 faizə, maliyyə borcları isə 91,5 faizdən artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə sektorun borcları 78,9 faizdən 78,5 faizə enib. Həmin dövrdə dövlət borcu 96 faizdən 97,6 faizə yüksəlib.

Bundan əlavə, hesabatda qlobal dövlət borcunun hazırkı 92 trilyon dollar səviyyəsindən 2030-cu ilə qədər 145 trilyon dollara, daha sonra 2050-ci ilə qədər 440 trilyon dolları keçəcəyi proqnozlaşdırılır.