vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 11 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
19:07 | 11 sentyabr 2024 | Çərşənbə Məqaləyə 341 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyadan ixraca məhdudiyyətlər

Putin uran, titan və nikelin xarici bazarlara çıxarılmasına qarşıdır

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Putin paytaxt Moskvada Rusiya hökumət rəsmiləri ilə görüşdə ölkə iqtisadiyyatı ilə bağlı danışıb.

Rusiyanın Qərb ölkələrinin sanksiyalarına cavab olaraq kənd təsərrüfatı məhsullarının ixracına müxtəlif məhdudiyyətlər qoymağa başladığını xatırladan Putin, “Bu, ilk mərhələdə təəssüf ki, daxili bazarda qiymətlərin müəyyən qədər artmasına səbəb oldu, lakin sonradan ölkənin kənd təsərrüfatı sektorunun inkişafına öz töhfəsini verdi”, – deyib.

Rusiya sənayesində də analoji prosesin getdiyini bildirən Putin, “Şirkətlərimiz sənaye məhsullarının idxalını məhdudlaşdıraraq müəyyən sektorları ələ keçirib və bəzən bazarımıza nisbətən ucuz mal təmin edən tərəfdaşlarımızdan daha effektiv hərəkət edirlər”, – deyib.

Rusiyaya bəzi məhsulların tədarükü ilə bağlı məhdudiyyətlərin olduğuna diqqət çəkən Putin, “Bəlkə biz də müəyyən məhdudiyyətlər qoymalıyıq. Uran, titan, nikel və digər məhsulların xarici bazarlara tədarükünə müəyyən məhdudiyyətlər qoyulması məsələsini dəyərləndirməliyik”, – deyib.

Putin deyib ki, mümkün məhdudiyyətlər Rusiyaya zərər verməyəcək şəkildə həyata keçirilməlidir. Rusiyanın qlobal uran istehsalında 8 faiz, titan istehsalında 13 faiz, nikel istehsalında isə 7 faiz payı var.