vaxtlı-vaxtında oxuyun! Şənbə, 28 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BÖHRAN  
10:15 | 27 sentyabr 2024 | Cümə Məqaləyə 36 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Daha bir yüksəkrütbəli məhv edilib

“Hizbullah”ın silah anbarları vurulur

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrail ordusunun sözçüsü admiral Daniel Hagari dünən jurnalistlərə bildirib ki, ordusu “Hizbullah” terror təşkilatına qarşı hərbi əməliyyatın mümkün qədər qısa müddətə davam etməsini istəyir, lakin onu uzatmağa da hazırdır.

“Reuters”in məlumatına görə, İsrail ordusu dünən “Hizbullah”ın İsrailə təxminən 300 raket atdığını və İsrail təyyarələrinin terror təşkilatının Livandakı silah anbarlarını bombaladığını açıqlayıb. “Bu gün İsrailə 300-ə yaxın raket atılıb... Altı mülki vətəndaş və hərbçi yüngül xəsarət alıb”, – deyə Hagari jurnalistlərə bildirib.

Yaxın Şərqdə iki tərəf arasında transsərhəd raket hücumlarına görə hərtərəfli müharibə qorxusunun olduğu bir vaxtda dünən İsrailin Beyruta endirdiyi hava hücumunda “Hizbullah”ın yüksək rütbəli komandirlərindən biri də məhv edilib.

İsrail ordusu basqında İbrahim Kubeysinin öldürüldüyünü bildirərək Livan qrupunun raket sistemindən cavabdeh olduğunu açıqlayıb. Livandakı iki təhlükəsizlik mənbəsi Kubeysini İranın dəstəklədiyi qrupun raket sistemində yüksək vəzifəli şəxs kimi təsvir edib.