vaxtlı-vaxtında oxuyun! Şənbə, 28 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
DÜNYA  
08:12 | 26 sentyabr 2024 | Cümə axşamı Məqaləyə 61 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ərdoğandan nümayişkaranə addım

Baydenin şam yeməyinə qatılmayıb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident Ərdoğanın ABŞ prezidenti Baydenin şam yeməyinə qatılmaqdan imtina etdiyi bildirilib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyası üçün Nyu-Yorka səfər edən prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Co Baydenin təşkil etdiyi şam yeməyinə qatılacağı gözlənilirdi.

Ərdoğan təmaslarını başa vurduqdan sonra həyat yoldaşı Əminə Ərdoğanla birlikdə Con Kennedi Beynəlxalq Hava Limanına getmək üçün Türkevidən ayrılıb.

Hava limanına gələn prezident Ərdoğan və onu müşayiət edən şəxslər yerli vaxtla saat 00.40-da özəl “CAN” təyyarəsi ilə ABŞ-dan Türkiyəyə yola düşüb.

Prezident Ərdoğanın BMT toplantılarına qatılan liderlər üçün Bayden tərəfindən verilən şam yeməyinə qatılacağı açıqlanmışdı.

Türkiyənin birinci xanımı Əminə Ərdoğan ABŞ Prezidentinin həyat yoldaşı Cil Baydenin birinci xanımlar üçün təşkil etdiyi naharda da iştirak etmişdi.