vaxtlı-vaxtında oxuyun! Şənbə, 28 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AVROPA  
23:11 | 25 sentyabr 2024 | Çərşənbə Məqaləyə 86 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İçərisində güllələr olan zərf

Sui-qəsdə uğrayıb möcüzə nəticəsində sağ qalan baş nazir növbəti dəfə təhdid olunub

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Slovakiyanın baş naziri Robert Fico, ağır yaralandığı silahlı sui-qəsddən təxminən 5 ay sonra təhdid edilib. Slovakiya hökuməti səhər verdiyi açıqlamada, naməlum göndərici tərəfindən Baş nazir Ficoya içərisində güllələr olan zərfin göndərildiyini açıqlayıb.

Açıqlamada, “Bu gün Slovakiyanın Baş nazirinə ünvanlanmış içərisində güllə olan zərfin hökumət ofisinə çatdırıldığını təsdiq edirik” deyilir. Slovakiya hökumətinin mətbuat bölməsi hadisə ilə bağlı polis araşdırmasına başladığını açıqlayıb.

Mayın 15-də ölkənin qərbindəki Handlova qəsəbəsində keçirilən hökumət iclasından sonra təşkil edilən sui-qəsd nəticəsində yaxın məsafədən 4 yerindən vurulan və ağır yaralanma nəticəsində həyatı təhlükəsi yaşayan Fico uzun müddət cərrahiyyə əməliyyatı keçirmiş və həftələrlə müalicə altında qalmışdı. 59 yaşlı siyasətçi deyib ki, ona hücuma məruz qalmasının səbəbi Ukrayna ilə bağlı Avropadakı əsas siyasətə zidd olan fikir qəbul etməsi olub. Sui-qəsd cəhdinin səbəbkarı həmçinin hökumətin siyasətinə qarşı olduğu üçün hücumu həyata keçirdiyini bildirib.

Slovakiyanın baş naziri Fiko Ukraynaya hərbi yardıma qarşı çıxdığına və Rusiya ilə əlaqələri kəsməkdən imtina etdiyinə görə Avropa liderləri tərəfindən ən çox tənqid edilən siyasətçilər sırasındadır.