vaxtlı-vaxtında oxuyun! Şənbə, 28 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
AMERİKA  
11:11 | 27 sentyabr 2024 | Cümə Məqaləyə 31 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qəddar, ağrılı və işgəncəli

Azot qazı ilə edam mübahisələrə səbəb olub

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın Alabama ştatında Alan Yucin Miller adlı məhbus “azot hipoksiyası” kimi tanınan mübahisəli edam üsulu ilə edam edilən ikinci şəxs olub. 59 yaşlı Miller dünən gecə xərəyə bağlanıb və üzünə taxılan maska ​​vasitəsilə azot qazı verilərək edam edilib.

Azot qazı ilə edam üsulunun şahidi olmağa icazə verilən bir müxbirin sözlərinə görə, Miller təxminən iki dəqiqə titrəməyə və qıcolmağa davam etdi. Miller də ölməzdən əvvəl təxminən altı dəqiqə nəfəs almaqda çətinlik çəkirdi.

Son ana qədər günahsız olduğunu iddia edən Miller son sözlərini üzünü bağlayan maskanın arxasından deyib: “Mən burada olmaq üçün heç nə etməmişəm”, – deyib.

***

Alabama ştatında ikinci dəfə istifadə edilən bu edam üsulunda məhbus bədənindəki bütün oksigen tükənənə qədər azot qazı ilə nəfəs almağa məcbur edilir.

Mütəxəssislər sözügedən üsulu “qəddar, ağrılı və işgəncəli” adlandırsalar da, Birləşmiş Millətlər Təşkilatı (BMT) bu edam formasını “dövlət tərəfindən icazə verilən işgəncədən başqa bir şey” olaraq təyin edir.

Miller 1999-cu ildə üç nəfəri öldürdüyü üçün 2000-ci ildə ölüm cəzasına məhkum edilib.

Yanvarın 25-də Alabama ştatında daha bir məhbus ilk dəfə eyni üsulla edam edilib.

Alabama ABŞ-da ölüm cəzası üçün azot hipoksiyasından istifadə edən yeganə ştatdır. Luiziana, Oklahoma və Missisipi ştatlarında da azot qazı ilə edam üsuluna icazə verilib, lakin hələ də edamlarda bundan istifadə edilməyib.