vaxtlı-vaxtında oxuyun! Şənbə, 28 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
DÜNYA  
17:08 | 25 sentyabr 2024 | Çərşənbə Məqaləyə 82 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Birqütblü hökmranlıq” ittihamı

Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Şimali Koreya bəyan edib ki, ABŞ “birqütblü üstünlük strategiyasını həyata keçirmək” üçün Avstraliya, Yaponiya və Hindistanla Dördtərəfli Müdafiə Dialoqu (The Quadrilateral Security Dialogue – QUAD) Sammitini alət edib.

Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) xəbərinə görə, ölkə rəhbərliyi sentyabrın 21-də ABŞ prezidenti Co Baydenin ev sahibliyi etdiyi Dördlü Sammitlə bağlı sərt açıqlamalar verib.

Şimali Koreya Xarici İşlər Nazirliyinin sözçüsü, QUAD-ın ABŞ-ın “birqütblü hökmranlıq strategiyasını həyata keçirməsi” üçün siyasi və diplomatik kart olduğunu iddia edib: “QUAD, ABŞ-ın Soyuq Müharibə zehniyyətinin son məhsulu və inter-düşərgə münaqişəsi siyasəti, Asiya-Sakit okean regionunda mühüm alətdir”, – deyib.

Sözçü həmçinin vurğulayıb ki, “ölkəsinin suveren hüquqlarına, təhlükəsizliyinə və maraqlarına zərər vuran düşmənçilik hərəkətlərinə heç vaxt imkan verilməyəcək”.

Sentyabrın 21-də Baydenin ev sahibliyi ilə Delaverdə keçirilən QUAD Sammitindən sonra dörd ölkə Şimali Koreyanın raket və nüvə proqramını pisləyən və Koreya yarımadasının “tam” nüvə tərksilahına sadiqliklərini təsdiqləyən birgə bəyanat yayıblar.