vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
19:37 | 20 sentyabr 2024 | Cümə Məqaləyə 12 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“F-35”lər terrorçuların qalasını dağıdıb

“Hizbullah”ın daha bir yüksəkrütbəlisi məhv edilib

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrail ordusu Livanın paytaxtı Beyruta hava hücumu təşkil etdiyini açıqlayıb. Ordunun açıqlamasında, “IDF (İsrail Müdafiə Qüvvələri) Beyrutda hədəfli hücum həyata keçirib. Hazırda Daxili Cəbhə Komandanlığının direktivlərində heç bir dəyişiklik yoxdur”, – deyilib.

“Hizbullah” terror təşkilatının qalası sayılan Beyrutun cənubunda yerləşən Dahiye rayonundan qalxan tüstünün görüntüləri sosial mediada paylaşılıb.

Livanın rəsmi agentliyi NNA-nın xəbərinə görə, İsrail ordusu Beyrutun cənubuna “F-35” döyüş təyyarəsi ilə hava hücumu həyata keçirib.

Livan Səhiyyə Nazirliyi hücumlarda 14 nəfərin öldüyünü, 66 nəfərin yaralandığını açıqlayıb.

***

Livandakı təhlükəsizlik mənbələri İsrailin həyata keçirdiyi hücumda “Hizbullah” terrorçularının əsas obyektlərinin yaxınlarının vurulduğunu bildirib. İki təhlükəsizlik mənbəsi terror təşkilatının əməliyyat komandiri İbrahim Akilin hücumda öldüyünü bildirib.

***

İsrail dövlət televiziyası Kan, Livandan İsrailə təxminən 150 raket atıldığını bildirib. “Hizbullah” həmçinin Katyuşa raketləri ilə İsrail hədəflərinə 7 ayrı hücum həyata keçirdiklərini açıqlayıb.

İsrail rəsmiləri hələlik itkilər barədə məlumat verilmədiyini bildiriblər.

***

İsrail ordusundan verilən açıqlamada Beyruta edilən hava hücumunda “Hizbullah”ın “Rıdvan” birliyi komandir müavini Akilin hədəf alındığı və hücumda məhv edildiyi bildirilib.

Hücumda Akildən başqa “Rıdvan” bölməsinin yuxarı heyətinin də hədəf alındığı bildirilib.

Akil 1983-cü ildə Beyrutdakı ABŞ səfirliyinin bombalanmasında əli olduğu üçün Vaşinqtonun başına pul mükafatı təyin etdiyi axtarış siyahısında olub.

Gərginlik artdıqca, İsrail Livan sərhədinə yaxın yaşayış məntəqələrində qaldırdığı məhdudiyyətləri saatlar sonra bərpa etdi.

Ordu bu gün səhər saatlarında bəyanat yayaraq, vəziyyətin qiymətləndirilməsindən sonra İsrail Daxili Cəbhə Komandanlığının direktivlərinə uyğun olaraq Yuxarı Qalileydə sərhədə yaxın İsrail yaşayış məntəqələrində dünən elan etdiyi məhdudiyyətlərin aradan qaldırıldığını bildirib. Ancaq İsrail ordusu bu qərardan saatlar sonra verdiyi yeni açıqlama ilə təhlükəsizlik tədbirlərini yenidən aktivləşdirib.

Daxili Təhlükəsizlik Komandanlığının yaydığı bəyanatlara əməl edilməli olduğu vurğulanıb və təhlükəsizlik tədbirləri çərçivəsində sözügedən ərazidə yaşayan sakinlərdən “yaşayış məntəqələrində hərəkətliliyin azaldılması, qrup halında toplaşmağın qarşısının alınması, mühafizə olunan ərazilərə yaxın olması tələb edilib.

***

İsrail təhlükəsizlik rəsmisi “Hizbullah”la müharibə ehtimalının artması ilə bağlı açıqlama verib.

 

“Biz müharibənin yeni mərhələsindəyik və “Hizbullah”ı təqib etməyə davam edirik. Cavab verməyə hazırlaşırıq, hər şey masadadır”, - İsrail rəsmisi bildirib. dedi.

***

Sentyabrın 17-18-də Livanda peycer və ratsiyaların partladılmasından sonra İsraillə “Hizbullah” arasında oktyabrın 8-dən bəri davam edən gərginlik daha da artıb.

İsrail ordusu dünən Livanın cənubundakı bəzi bölgələrə iki ayrı “genişmiqyaslı” hava zərbəsi endirib.