vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AVROPA  
13:52 | 17 sentyabr 2024 | Çərşənbə axşamı Məqaləyə 122 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yeni təyinatlar açıqlanıb

Sədrin beş müavini olacaq

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Birliyi (AB) Komissiyasının sədri vəzifəsinə yenidən seçilən alman siyasətçi Ursula fon der Leyen Komissiyanın yeni üzvlərini və onların vəzifə bölgüsünü açıqlayıb.

Von der Leyen Strasburqda keçirdiyi mətbuat konfransında iyunun 6-9-da keçirilən Avropa Parlamentinə (AP) seçkilərdən sonra növbəti 5 il müddətində sədrlik edəcəyi Komissiya üzvlərini açıqlayıb.

Müvafiq olaraq, AB-nin icraedici orqanı kimi fəaliyyət göstərən Komissiyanın yeni strukturunda 6 vitse-prezident var.

İspaniyadan Tereza Ribera “Təmiz, Ədalətli və Rəqabətli Transformasiya”, Fransadan Stefan Sejurne “Rifah və Sənaye Strategiyası”, Estoniyadan Kaja Kallas “Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti”, İtaliyadan Raffaele Fitto “Harmoniya və İslahat”, Finlandiyadan Henna Virkunen “Texnoloji Müstəqillik, Təhlükəsizlik və Demokratiya” və Rumıniyadan olan Roksana Minzatu “İctimai, İmkanlar və Hazırlıq” üzrə vitse-prezidentlər oldular.

Yeni Komissiyanın işə başlaması üçün hər bir üzv AP-nin müvafiq komitələrində iclaslarda iştirak etməli və öz proqramlarını izah etməli, sonra isə bütün Komissiya AP Baş Assambleyasında etimad səsi almalıdır. Bu prosesin ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur.