vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 11 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
AVROPA  
09:48 | 17 sentyabr 2024 | Çərşənbə axşamı Məqaləyə 177 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sərt qaydalar gəlir

Şengen zonasına Almaniyadan sonra bir zərbə də Hollandiyadan

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Hollandiya qanunsuz immiqrasiyaya qarşı sərt tədbirlər görməyə başlayacaq. “Ölkə doludur” deyən Azadlıq Partiyası ən sərt sığınacaq qaydalarını tətbiq edəcək. Müvafiq olaraq, immiqrantın ailə birləşməsi məhdudlaşdırılacaq, yardımları kəsiləcək, mühacirlərə ev verilməyəcək, başqa ölkədən göndərilən mühacir geri alınmayacaq.

Avropa qanunsuz immiqrasiyaya qarşı qapılarını bir-bir bağlayır. Hollandiya sərhəd nəzarətini artıran və mühacirləri ilk ayaq basdıqları ölkəyə göndərməyə hazırlaşan Almaniyadan fərqli addımlar atmaq üçün hərəkətə keçib.

Son 10 ildə 856 min adamın mühacir aldığı Hollandiyada qeyri-qanuni yollarla ölkəyə gələn yeni immiqrantları yerləşdirmək üçün artıq heç bir imkanın olmadığı bildirilərkən, Azadlıq Partiyası üzvü, miqrantlarla iş üzrə nazir Marjolein Faber, Avropanın ən sərt sığınacaq rejimi immiqrasiya qaydalarını tətbiq etməyə başlayacaqlarını açıqlayıb.

***

Birincisi, fövqəladə vəziyyət elan ediləcək ki, qanunlar tez qəbul olunsun. Fövqəladə Vəziyyətin verdiyi səlahiyyətlə ölkənin sığınacaq istəyən insanlar üçün cəlbedici bir yerə çevrilməsinin qarşısını almaq üçün tədbirlər görüləcək.

Müvafiq olaraq, sığınacaq axtaranların ailə birləşməsi məhdudlaşdırılacaq. Maliyyə yardımı kəsiləcək. Yalnız yataq, yemək və gigiyena materialları veriləcək. Şəxsiyyət vəsiqəsi olmayan və ölkəyə nə üçün gəldiyini bilməyən şəxslər sərhəddən geri qaytarılacaq. Bundan əlavə, Almaniya və ya digər ölkələrdən göndərilən qaçaqlar ilk ayaq basdıqları ölkə Hollandiya olsa belə geri alınmayacaq. Sosial mənzil immiqrantlara yalnız müstəsna hallarda veriləcək.

Hollandiyada sığınacaq istəyənlər indi də çətin şəraitdə yaşayırlar. İfrat sağçı Qirt Uildersin Azadlıq Partiyası seçkiləri qazandıqdan sonra anti-immiqrant əhval-ruhiyyəsi pik həddə çatsa da, bir çox sığınacaq axtaran şəxs istifadə olunmayan gəmilərdə qalmağa başladı.