vaxtlı-vaxtında oxuyun! Şənbə, 28 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
12:07 | 25 sentyabr 2024 | Çərşənbə Məqaləyə 70 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

2,2 milyardlıq ziyan

İqlim dəyişikliyi Avropada daşqın ehtimalını iki dəfə artırıb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Alimlər müəyyən ediblər ki, insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi bu ay Mərkəzi Avropada təkrar daşqınların baş vermə ehtimalını iki dəfə və yağıntıların intensivliyini 7 faiz artırıb.

Bir qrup beynəlxalq alim “World Weather Attribution” (WWA) tərəfindən edilən atribusiya təhlilində, iqlim dəyişikliyinin Polşa, Çexiya, Avstriya, Rumıniya, Macarıstan, Almaniya, Slovakiyaya və Avropa başqa ölkələrində bu ay yaşanan güclü yağış və daşqınların təsiri nəzərdən keçirilib.

Təhlil Böyük Britaniya, Polşa, Avstriya, Çexiya, Almaniya, İsveç, Hollandiya və ABŞ-ın meteorologiya müəssisələrindən və universitetlərindən 24 alim tərəfindən aparılıb.

Təhlillərə görə, iqlim dəyişikliyi Mərkəzi Avropada 24 nəfərin ölümünə səbəb olan daşqınların ehtimalını iki dəfə artırıb.

Qlobal fəlakət səbəbiylə bölgədə yağışların intensivliyi yüzdə 7 artıb.

Alimlər qazıntı yanacaqlarını yandırmağa davam edərsə və qlobal temperatur artımı 2 dərəcəyə çatarsa, Mərkəzi Avropadakı kimi yağıntı hadisələrinin 5 faiz daha intensiv və 50 faiz daha tez-tez baş verəcəyini və bunun da dağıdıcı daşqın riskini gətirəcəyini müəyyənləşdiriblər və bununla bağlı xəbərdarlıq ediblər.

***

“S&P Global Ratings”in regionda sığortalanmış zərərlə bağlı təhlilinə əsasən, Mərkəzi və Şərqi Avropada daşqınlar nəticəsində sığortalanmış zərər var ki, bu da ilkin hesablamalara görə, təxminən 2,2 milyard avro təşkil edir. Bu xərc göstərir ki, sözügedən daşqınlar son 10 ilin ən ağır fəlakəti olub.