Smartfon qadağaları genişlənir
Şagird və valideynlər Avropa məktəblərindəki yeni qaydaları “köhnəlik” adlandırır
ELŞAD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Miqrantlar üçün konslagerlər
Avropa Birliyi ölkələri pulsuz müayinəni kəsib, ödəmələri dayandırıb, sərhədləri bağlayıb, ...
-
“Cəsarət və liderlik lazımdır”
Şarl Mişel: “BMT TŞ-də daimi yer imtiyaz deyil, məsuliyyətdir”
-
İçərisində güllələr olan zərf
Sui-qəsdə uğrayıb möcüzə nəticəsində sağ qalan baş nazir növbəti dəfə təhdid olunub
-
100-dən çox şirkət paktı imzalayıb
Avropa Birliyinin süni intellekt qanunu 2026-da qüvvəyə minəcək
-
“Azadlıq qalmayıb”
Çinlilər Balkanlar vasitəsilə Avropa ölkələrinə qaçır
-
2,2 milyardlıq ziyan
İqlim dəyişikliyi Avropada daşqın ehtimalını iki dəfə artırıb
-
Avropa sellənir
Güclü yağışların fəsadı qitəni bürüyüb
-
1.5 milyardlıq cərimə ...
AB məhkəməsi “Google”a qərarı ləğv edib
-
Yeni təyinatlar açıqlanıb
Sədrin beş müavini olacaq
-
Sərt qaydalar gəlir
Şengen zonasına Almaniyadan sonra bir zərbə də Hollandiyadan
-
AB sammitində istefa gətirən qalmaqal
Fransanın Avropa Komissiyasındakı “ağır toplarından” biri sədri “şübhəli idarəçilikdə” günahlandırıb
-
Avropa sıxılmış qaza önəm verir
Təchizat təhlükəsizliyi üçün LNG investisiyalarına müraciət edən AB tutumun yarısını istifadə edir
-
Rəqəmsal asılılıq
Qlobal problemin gənclərə və uşaqlara təsirinin qarşısını necə almaq olar?
-
Hollandiya fövqəladə vəziyyətə hazırlaşır
Hökumət AB-nin immiqrasiya qaydalarından çıxmaq və problemi öz bildiyi kimi həll etmək istəyir
-
İnsan haqları və miqrant razılaşması arasında
Tunis demokratiyasının seçkilər öncəsi vəziyyəti Avropa Birliyini narahat edir
-
Almaniya nağılı bitirir
Şengen heç vaxt belə çətin vəziyyətə düşməmişdi
Avropa Birliyi (AB) ölkələri ekran asılılığı və kiber zorakılıqla mübarizə məqsədilə məktəblərdə smartfonlardan istifadəni qadağan edir. Avropada yeni təhsil dövrünün başlaması ilə hökumətlər ardıcıl olaraq müxtəlif siniflərdəki ağıllı telefondan istifadəni məhdudlaşdırmaq qərarına gəlirlər.
Bəzi ölkələr qadağanı tətbiq edərkən, digərləri təşəbbüsü məktəblərin öhdəsinə buraxıb. Nəticədə getdikcə daha çox məktəb smartfonlardan istifadəni məhdudlaşdırıb.
***
Ayın əvvəlində Macarıstanda qəbul edilən qərarı “köhnəlik” kimi dəyərləndirən müəllim, valideyn və şagirdlər qadağaya etiraz ediblər.
Bununla belə, getdikcə daha çox ölkə məktəbdə smartfonların istifadəsini qadağan etmək qərarına gəlir, çünki əksər məktəblərdə şagirdlərin sinifdə noutbuklardan istifadə etməsi rəqəmsal dünya ilə lazımi əlaqəni təmin edir. Üstəlik həmyaşıdların zorakılıq halları azalır.
***
Hollandiya da bu yaxınlarda İtaliyada və İspaniyada mövcud olan təcrübəyə qoşulub. Hollandiyada ibtidai məktəblərdə, eləcə də orta və liseylərdə şagirdlərin diqqətini yayındırdığı və imtahan nəticələrinə mənfi təsir göstərdiyi üçün smartfonlardan istifadə qadağan edilib.
Tələbələrə smartfonlardan yalnız müvafiq kurslarda və ya sağlamlıq səbəbləri və ya fiziki qüsurlar kimi müstəsna hallarda tədris məqsədləri üçün istifadə etməyə icazə veriləcək.
***
Hollandiyadan qısa müddət əvvəl Belçikadakı fransızdilli məktəblərin bağlı olduğu Wallonia-Brüssel Təhsil Şəbəkəsi (WBE) oxşar qərar qəbul edib.
Avqustun 26-dan başlayan 2024-2025-ci tədris ilindən fransız dilində təhsil verən 373 məktəbdə ibtidai və orta məktəb şagirdlərinin özləri ilə smartfon gətirmələri qadağan edilib.
Əvvəllər bütün məktəblər öz qaydalarına əməl edirdilər. Müvafiq olaraq, bəzi məktəblər hər cür elektron cihazların məktəbə gətirilməsini qadağan edərkən, bəziləri normal qarşılayırdı.
WBE qərarını şagirdlərin smartfonlarla bir-birlərinin şəkillərini çəkib sosial media platformalarında paylaşması, nəticədə təcavüz cinayətlərinin sayının artması ilə əsaslandırıb.
***
Yunanıstanda qəbul edilən qərara görə, şagirdlər məktəbə telefonları ilə gələ bilərlər, lakin onları çantalarından çıxara bilməzlər.
Bildirilib ki, “Cib telefonları çantada” şüarı ilə istifadəyə verilən proqram öyrənmə prosesinə və diqqəti cəmləşdirməyə mənfi təsir etdiyi üçün həyata keçirilib.
***
Fransada təxminən 200 orta məktəbdə şagirdlərdən telefonlarını şkaflarında kilidləmələrini tələb edən pilot proqram istifadəyə veriləcək.
Tətbiq uğurlu olarsa Təhsil Nazirliyi 2025-ci ildə qadağanı bütün ölkəyə yaymağı hədəfləyir.
***
İrlandiyada yaşı 16-dan aşağı olan tələbələrin smartfondan istifadəsini tamamilə qadağan etmək variantı müzakirə olunur.
***
Almaniya, Polşa, Danimarka, Portuqaliya və Xorvatiyadakı məktəblərin də öz təcrübələri var. Bununla belə, bu ölkələrdə məktəblər öz binalarında telefon istifadəsini məhdudlaşdırmaq üçün tədbirlər görürlər.
Məsələn, məlumdur ki, Danimarkada məktəblərin təxminən 90 faizində mobil telefondan istifadə qadağandır.
***
Həddindən artıq ekran baxmağın uşaqların psixi sağlamlığına təsiri son vaxtlar AB-nin siyasi gündəminə düşüb. Aİ Komissiyasının sədri Ursula fon der Leyen də növbəti 5 illik müddət üçün hazırladığı proqramda bu məsələyə toxunub.
“İlk illər və yeniyetməlik beyin və şəxsiyyətin inkişafı üçün kritikdir. Bu, həm də sosial medianın zərərlərinə və ekran asılılığına qarşı iradəsiz dövrlərdir”, – deyən von der Leyen xəbərdarlıq etdi.
AB Komissiyasının sözçüsü Yohanna Bernsel, məktəblərdə smartfon istifadəsinə qoyulan qadağaların AB-nin deyil, milli hökumətlərin yurisdiksiyasında olduğunu, lakin Komissiyanın ekspert qrupunun bu məsələ ilə bağlı tövsiyələri özündə əks etdirən direktiv dərc etdiyini bildirib.
Bernsel bildirib ki, əsasən Dünya Səhiyyə Təşkilatının “əyləncə üçün ekran baxmaq vaxtı gündə 2 saatdan az olmalıdır” tövsiyəsinə əsaslanan bu yaxınlarda dərc edilmiş təkliflərin məqsədi məktəblərdə rəqəmsal dövrdə şagirdlərin rifahını təşviq etməkdir.
Direktiv mobil telefonların qadağan edilməsini deyil, müxtəlif yaş səviyyələrində müəllimlərə və valideynlərə müvafiq ekran vaxtı ilə bağlı təlimat vermək kimi tədbirlərlə balanslaşdırılmanın təmin edilməsini nəzərdə tutur.