“Bu, çox utancvericidir”
Partlayan cihazları Avropada bir şirkət tərəfindən istehsal edilib
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ratsiyalar yapon markası olub?
Livanda partlayışlarla gündəmə gələn cihazların istehsalçısı İCOM
-
Əvvəlcə siqnal, sonra partlayış
İkinci dalğada ratsiyalar daha çox terrorçu öldürdü
-
“Hələ aktivləşdirilməyən imkanlarıımız var”
İsrail qərargah rəisi: “Hər mərhələdə Hizbullahın cəzası yüksək olmalıdır”
-
İsrail ordusunda yerdəyişmə
Müharibə yeni mərhələyə qədəm qoyub
-
... Mobil telefonlarımız təhlükəsizdirmi?
Livanda peycer partlayışlarından sonra ağla gələn sual budur ...
-
Cibimizdəkilər partlaya bilərmi?
Peycer hücumu terror təşkilatının əməliyyatlarına ciddi maneə yaradacaq
-
İndi də ratsiyalar partladı
3 ölü və yüzlərlə yaralı var
-
“BAC Consulting”in saytı günortadan işləmir
Terrorçulara partlayan peycerlər satan Macarıstan şirkəti mübahisələrin mərkəzindədir
-
Terrorçulara məxsus binalar vurulub
Dünyanın danışdığı partlayışdan sonra 5 hədəfə hücum
-
Peycer necə ölümcül bombaya çevrildi
Hizbullahın gizli rabitə şəbəkəsi hədəfə alınıb
-
Partladıcı kartlar
İsrail istehsal mərhələsində “Hizbullah”ın tələb etdiyi Tayvan istehsalı olan rabitə cihazlarına partlayıcı yerləşdirib
-
İkinci əl satışı olub?
Dünya partlayan peycerlərdən danışır
-
Müharibə sayəsində sərvət qazanıb
Təyyarələrində raket əleyhinə müdafiə sistemləri daşıyan El Al yüksək qiymətləri ilə israilliləri qəzəbləndirib
-
Livanda matəm
“Hizbullah qanuni hədəfdir, çünki o, terror təşkilatıdır”
-
İsraildən Livana “rəqəmsal hücum”
Beyrutdakı peycerlər eyni vaxtda partlayıb, 9 nəfər ölüb, yüzlərlə insan yaralanıb
-
Yüksək rütbəli terrorçu məhv edilib
“İslami Cihad”ın raket bölməsinin komandirinə hava hücumu zərbəsi
Tayvanda yerləşən “Gold Apollo” şirkəti Livanda bir çox “Hizbullah” terror təşkilatı ünsürlərinin üzərində partladılan peycerləri istehsal etmədiyini və “BAC” adlı şirkətə marka lisenziyası verdiyi açıqlayıb.
“Gold Apollo” firmasından edilən yazılı açıqlamada, “AR924” model peycerlərin istehsalında heç bir səlahiyyətlərinin olmadığı bildirilib.
“Biz sadəcə ticarət nişanına icazə veririk və bu məhsulun dizaynında və ya istehsalında heç bir iştirakımız yoxdur”. Açıqlamada, bu cihazların istehsalının yalnız marka lisenziyasından istifadə etməyə icazə verdikləri “BAC” adlı şirkətə aid olduğu bildirilib.
Tayvan mətbuatında yer alan xəbərlərə görə, “Qızıl Apollon” qurucusu Hsu Çinq Kuanq mətbuat konfransında bu cihazların Tayvanda deyil, xaricdə istehsal edildiyini bildirib.
Hsu görüşdə “BAC” şirkətinin genişlənməsi və ya baş qərargahı haqqında ətraflı məlumat verməkdən yayınıb.
Partlayışlardan sonra Livanlı sosial media istifadəçiləri tərəfindən yayılan görüntülərdə zədələnmiş peycerlərin marka və modelinin “Gold Apollo Rugged Pager AR924” olduğu görülüb.
Hsu cihazları istehsal etmədiyini və “Qızıl Apollon”un hadisənin qurbanlarından biri olduğunu bildirib.
“Biz məsuliyyətli bir şirkətik. Bu, çox utancvericidir”, – dedi.
***
Dünən Livanda Hizbullah ünsürlərinin istifadə etdiyi peycerlərdə eyni vaxtda partlayışlar olub.
Livanın Səhiyyə Nazirliyi Hizbullah ünsürlərinin ölkə daxilində istifadə etdiyi peycerlərin partlaması nəticəsində biri uşaq olmaqla 11 nəfərin həyatını itirdiyini, təxminən 200-ü ağır olmaqla 4000-ə yaxın yaralanın olduğunu açıqlayıb.
Livan rəsmiləri hadisəyə görə İsraili məsuliyyət daşısa da, İsrail hələlik məsələ ilə bağlı açıqlama verməyib.
İsrail-Livan sərhədində 2023-cü il oktyabrın 8-dən bu yana davam edən qarşıdurmalarda son günlər gərginliyin artdığı müşahidə edilib.