vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ENERGETİKA  
13:48 | 10 sentyabr 2024 | Çərşənbə axşamı Məqaləyə 232 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

3 dəfə təxirə salınmışdı

Fukusima Atom Elektrik Stansiyasında nüvə tullantılarının çıxarılmasına başlanılıb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

2011-ci ildə Yaponiyanın şimal-şərqindəki Fukusima Daiiçi Atom Elektrik Stansiyasında (AES) baş vermiş zəlzələdən sonra zədələnmiş reaktorlardan nüvə yanacağı qalıqlarının çıxarılması prosesinə başlanıldığı bildirilib.

Yaponiyanın NHK ictimai kanalının verdiyi xəbərə görə, stansiya operatoru “Tokyo Electric Power” (TEPCO) təxminən iki həftə davam edəcək proses nəticəsində bir neçə qram nüvə yanacağı tullantısını çıxaracaq.

TEPCO, nüvə yanacağı qalıqlarının çıxarılması prosesinin dar bir boruya bənzəyən uzaqdan idarə olunan cihazla başladığını açıqlayıb.

Cihazın ucundan gələn kabelin köməyi ilə bir neçə qram nüvə yanacağı tullantısının çıxarılacağı qeyd edilərkən, bu prosesdə əldə edilən dağıntılar haqqında məlumatlar miqyaslı təmizləmə səyləri üçün ən yaxşı üsulun təyin edilməsinə kömək edəcəyi düşünülür.

Fukuşima Daiiçi AES-in 1, 2 və 3 saylı reaktorlarında təxminən 880 ton nüvə yanacağı tullantısı olduğu təxmin edilir.

***

Reaktorlardan nüvə yanacağı qalıqlarının çıxarılmasında üç dəfə təxirəsalınma olub. Nəhayət, avqustun 22-də yanacaq tullantılarının təmizlənməsində istifadə olunacaq zəruri avadanlıqların quraşdırılmasında problem aşkar edilərək proses dayandırılıb.

Yüksək radioaktiv tullantıların çıxarılması elektrik stansiyasının istismardan çıxarılması prosesində ən çətin vəzifələrdən biri hesab olunur.

2011-ci ilin martında ölkənin şimal-şərqində baş verən zəlzələ və sunamidən sonra AES-in 1, 2 və 3 saylı reaktorlarında nüvə partlayışı baş vermişdi.