Çinə qarşı qiymət artımı dəqiqləşdi
ABŞ-ın beş ay əvvəl verdiyi qərar iki həftə sonra qüvvəyə minəcək
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ABŞ-dan İrana yeni sanksiyalar
SEPAH üzvləri və həbsxana rəsmilərinin olduğu 12 nəfərlik siyahı
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
... 9 ABŞ şirkətinə sanksiya
Tayvana silah satışına görə...
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
-
PUA-larda süni intellekt
Alyans kvant texnologiyasına üstünlük verib
-
Şübhəli zərf həyəcanı
17 ştata içərisində şübhəli maddə olan məktublar göndərilib
-
30 nəfər ölüb
Mafiya müharibələrində ölkə qan gölünə çevrildi
-
Məşhurlardan Kuba çağırışı
Bir çox keçmiş dövlət başçıları və tanınmış simalar Bayden məktub yazıb
-
20 ildir ailəsini görmürdü
Çin 2006-cı ildən həbsdə olan amerikalı keşişi azad edib
-
Kreml nüvə silahına əl atarsa, ...
Biz taktiki nüvə silahları haqqında nə bilirik, Rusiya bunlardan istifadə edirmi?
-
Rusiya-ABŞ-Qərb tənliyi dağılmaq ərəfəsindədir
Münaqişə və məqsədlər artıq taktiki deyil, status və hətta mövcudluqla bağlıdır
-
“Reklam müharibəsi”
Tramp və Harris kampaniyalarının məbləğinin 10 milyardı keçəcəyi gözlənilir
-
Rusiyadan Qərbə “səbir tükənir” xəbərdarlığı
London isə Putini zorakılıqda ittiham edir
-
Trampın ətrafında silah səsləri
Bu dəfə ABŞ-ın keçmiş prezidentinin qolf oynadığı klubun yaxınlığından gəlib
-
“Fransa III Dünya müharibəsindən qorxur”
Rusiyanın nüvə silahını işə sala biləcəyini vurğulayan açıqlamaları Qərbdə narahatlıq yaradıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
Tarif dərəcəsi bəzi polad və alüminium məmulatları və akkumulyatorlar üçün 25 faiz, yarımkeçiricilər və günəş batareyaları üçün 50 faiz, elektromobillər üçün 100 faiz olacaq.
ABŞ Ticarət Nümayəndəliyinin Ofisi (USTR) Çindən idxal edilən polad və alüminium, yarımkeçiricilər, elektrik avtomobilləri, akkumulyatorlar, kritik minerallar və günəş batareyaları kimi məhsullara gömrük rüsumlarının artırılması planının yekun variantını açıqlayıb.
USTR tərəfindən edilən açıqlamada, may ayında açıqlanan gömrük rüsumlarının artırılması ilə bağlı təkliflərin böyük ölçüdə qəbul edildiyi və araşdırma nəticəsində Amerikalı sahibkar və işçilərin Çinin ədalətsiz ticarət təcrübələrindən qorunması üçün müxtəlif yeniləmələrin edildiyi bildirilib.
Bu yeniliklərlə bağlı məlumatların paylaşıldığı açıqlamada, üz maskaları, tibbi əlcəklər, iynələr və şprislərin tarifləri üçün yeni dövrlər və tariflərin müəyyən edildiyi, mayın 14-dən əvvəl sifariş edilən gəmi-sahil kranları üçün istisna edildiyi və günəş enerjisi istehsalı avadanlıqları üçün təklif edilən istisnaların ləğv edildiyi bildirilib.
ABŞ-ın Ticarət Nümayəndəsi Katerina Tai verdiyi açıqlamada, bu addımların ABŞ administrasiyasının ədalətsiz ticarət təcrübələrinə qarşı Amerikalı işçiləri və şirkətləri üçün hərəkətə keçmə öhdəliyini vurğulayıb.
Bildirilib ki, sözügedən gömrük rüsumlarının böyük hissəsi sentyabrın 27-dən qüvvəyə minəcək.
***
May ayında ABŞ administrasiyası kritik sənayelərdə yerli istehsalı dəstəkləmək üçün Çindən idxal edilən polad və alüminium, yarımkeçiricilər, elektrik nəqliyyat vasitələri, akkumulyatorlar, kritik minerallar və günəş batareyaları kimi məhsullara gömrük rüsumlarını artırmaq qərarına gəlib.
Ağ Evdən verilən açıqlamada Çinin dünya bazarlarını süni şəkildə ucuz ixrac məhsulları ilə doldurduğu, tarif artımının tətbiq olunduğu məhsullar arasında 18 milyard dollarlıq idxalın olduğu bildirilib.