vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
QƏZA, FACİƏ  
10:54 | 11 sentyabr 2024 | Çərşənbə Məqaləyə 286 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Faciədən möcüzəli xilas

Eniş zolağında toqquşan iki təyyarədən birinin quyruğu qopdu

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-da iki sərnişin təyyarəsi Corciya ştatının Atlanta hava limanında uçuş-enmə zolağında toqquşub.

ABŞ Federal Aviasiya İdarəsi (FAA) “Hartsfield-Jackson” Atlanta Beynəlxalq Hava Limanının uçuş-enmə zolağında Delta sərnişin təyyarəsinin eyni şirkətin törəməsi olan “Endeavour Airlines”ə məxsus təyyarə ilə toqquşduğunu açıqlayıb.

Bildirilib ki, Yaponiyanın paytaxtı Tokioya qalxmağa hazırlaşan Delta Hava Yollarına məxsus Airbus A350 reysi 295 saylı təyyarənin qanad ucu 5526 saylı “Endeavour Air” təyyarəsinin quyruğuna dəyib.

Qəza ilə bağlı paylaşılan videoda Bombardier tipli təyyarənin toqquşma nəticəsində bütün quyruq hissəsinin yerə düşdüyü görülüb.

Tokioya gedən Delta təyyarəsində 221 sərnişinin, Luiziana ştatına uçmağa hazırlanan “Bombardier CRJ900” tipli Endeavour şirkətinin təyyarəsində isə 56 sərnişinin olduğu qeyd edilib.

FAA rəsmiləri toqquşma nəticəsində heç kimin xəsarət almadığını və hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.