vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
MƏHKƏMƏ, İSTİNTAQ  
17:18 | 19 iyul 2024 | Cümə Məqaləyə 847 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ jurnalistinə 16 il həbs

Rusiya məhkəməsi Evan Qerşkoviçi “casusluq” ittihamı ilə həbsə məhkum edilib

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya məhkəməsi “Wall Street Journal”ın (WSJ) müxbiri, ABŞ vətəndaşı Evan Qerşkoviçi casusluq ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmənin mətbuat xidmətindən verilən açıqlamada Qerşkoviçin təqsirini etiraf etmədiyi bildirilib.

Qerşkoviç barəsində Yekaterinburq şəhərinin Sverdlovsk vilayət məhkəməsində dünən başlayan məhkəmə iclasında hökm elan edilib.

“WSJ” qəzetinin Moskva ofisinin müxbiri 2023-cü il martın 29-da Rusiya Federasiyasının Ural vilayətinin Yekaterinburq şəhərində saxlanılıb.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTB) ABŞ vətəndaşı Qerşkoviçin “Amerika hökumətinə casusluq” ittihamı ilə həbs edildiyini bildirib. Qerşkoviç Rusiya Xarici İşlər Nazirliyi tərəfindən akkreditasiya olunub.

ABŞ prezidenti Co Bayden və bəzi yüksək vəzifəli rəsmilər amerikalı jurnalistin dərhal azad edilməsinə çağırıblar.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Qerşkoviçin Yekaterinburqdakı fəaliyyətinin “jurnalistika ilə heç bir əlaqəsi yoxdur”.

Məhkəmə prosesi bir ildən artıq idi ki, davam edirdi.