Azərbaycan Avropa Şurasından çıxmalıdırmı?
... və əgər çıxarsa, nələr baş verə bilər?
Elxan ŞAHİNOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
AŞPA-da maliyyə şantajı
Rusiya beynəlxalq qurumun sıralarına necə qayıtdı?
-
Xələfov niyə geri qaytarıldı?
Prezident Xəzərin problemini nazir müavinin xələfinə etibar etmədi
-
Prezident baş nazirin yanlışını düzəltdi
İlham Əliyev meşələrlə bağlı qərarı ləğv etdi
-
“Bəs o meyvələri kim yığacaq?”
Deputatlar Baş nazirin qərarını anlamadılar
-
“Gözəlləşdikcə xasiyyəti dözülməz olur”
Səməd Seyidovdan AŞPA-dakı millət vəkili haqqında şok sözlər
-
Səməd Seyidov yenidən vitse-prezidenti seçildi
AŞPA-nın Monitorinq Komitəsində isə azərbaycanlı millət vəkilin yerinə təyinat olub
-
“Qocalar” ixtisara düşəcək
Yeni təyinatlar köhnə işçiləri təlaşlandırıb
-
4 xarici dil bilən baş nazir
Nazirlər Kabinetinin 71 yaşlı yeni rəhbəri kimdir?
-
“Bu günə qədər danışmağı sevirdim ...”
Novruz Məmmədov: “Daha çox işləmək lazımdır”
-
“Prezident İlham Əliyevə təşəkkür edirəm”
Baş nazir Novruz Məmmədovdan ilk açıqlama: “İnkişafı daha sürətləndirmək lazımdır”
-
«Millət artıq ondan bezib»
Səməd Seyidovdan açıqlama
-
İlqar Məmmədov həbsxananı tərk etmək istəmir
REAL lideri elektron bilərzikdə gəzmək niyyətində deyil
-
«Hadisələrin arxasınca sürünürlər»
Novruz Məmmədovdan Beynəlxalq təşkilatlar haqda sərt sözlər
-
«Yaqland girova çevrilib»
Ukrayna Avropa Şurasının Rusiyaya güzəştə gedə biləcəyindən narahatdır
-
«Siyasətdə problemin aktuallaşdırılması anlayış var»
Səməd Seyidov Ərdoğanın Qarabağ və Putinlə bağlı bəyanatı haqda
-
«Yaqland bu gün var, sabah yoxdur»
Mahmud Məmmədquliyev: «Azərbaycanın Avropa Şurasından çıxması düzgün ideya deyil»
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) oktyabrın 11-də Azərbaycanda insan haqlarıyla bağlı iki qətnamə qəbul olundu. Qətnamələrdə Azərbaycan hakimiyyəti tənqid edilir.
Bu qətnamələrdən əvvəl də Azərbaycan rəsmiləri Avropa Şurasının rəhbərliyini anti-Azərbaycan mövqe tutmaqda ittiham edirdilər. Çünki Avropa Şurasının baş katibi Tornbörn Yaqland Azərbaycan hakimiyyətini Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirmədiyini və REAL hərəkatının lideri İlqar Məmmədovu həbsdən azad etmədiyini deyir. Ayrıca, Yaqland Azərbaycanı Avropa Şurasından çıxarmaqla hədələyir. Rəsmi Bakının isə arqumenti budur ki, İlqar Məmmədov konkret cinayət maddəsiylə məhkum olunub. Rəsmi Bakının digər arqumenti isə bundan ibarətdir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin minlərlə başqa qərarı var və çox yerinə yetirilmir, belə olan halda niyə məhz Azərbaycan cəzalandırılmalıdır?
Beləliklə, Rəsmi Bakı ilə Strasburq arasında münasibətlər gərgindir. Bu gərginliyi göstərmək üçün Azərbaycan rəsmilərinin və hakim partiya təmsilçilərinin açıqlamalarına diqqət yetirmək kifayətdir.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov: «Azərbaycan əleyhinə qətnamə qəbul edənlər Azərbaycanda gedən prosesləri ümumiyyətlə bilmirlər, ya da Azərbaycana qarşı qəsdən əsassız iddialar irəli sürürlər. Əsas məqsəd Azərbaycanla Avropa Şurası arasında uçurum yaratmaqdır».
Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov: «Uzun müddətdir ki, AŞPA bir qurum kimi Azərbaycana münasibətdə haqsızlığı və qəddarlığı ilə təəccüb və təəssüf doğurur. Bu qurum kimə və nəyə lazımdır?»
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov: «Qərəzli sənədlərin qəbul edilməsi, təzyiq cəhdlərinin artması Azərbaycanı Avropa Şurası ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edir».
Göründüyü kimi, rəsmi Bakı Avropa Şurasından çıxmaq haqqında düşünür. Qərar hələ qəbul olunmayıb. Ancaq hər iki tərəfin sərt ritorikası Azərbaycanın təşkilatdan çıxma ehtimalını yüksəldir.
Azərbaycan Avropa Şurasından çıxarsa, nələr baş verə bilər?
Birincisi, Azərbaycan Avropa Şurasından çıxarsa, bu Azərbaycanla Avropa arasında münasibətlərin soyumasına gətirib çıxara bilər. Bunun ardınca, Azərbaycanın digər Avropa qurumlarıyla münasibətləri soyuyacaq. Məsələn, Azərbaycanın Şərq Tərəfdaşlıq Proqramı çərçivəsində üzv dövlətlərin parlamentləri arasındakı «Avronest»lə də münasibətlərində suallar yarana bilər. Onsuz da Azərbaycan bir müddət «Avronest»dəki fəaliyyətini dayandırmışdı.
İkincisi, Azərbaycanın Avropa Şurasından çıxmasından Rusiya faydalanacaq. Moskva bölgə ölkələrinin Avropanın siyasi, iqtisadi və hərbi strukturlarıyla əməkdaşlığından və dərin inteqrasiyasından narahatdır. Moskvanın əsas hədəfi bölgə ölkələrinin Avropa ilə deyil Rusiya ilə yaxınlığına nail olmasıdır. Halbuki, iqtisadi səbəbdən də Azərbaycan Avropadan uzaqlaşa bilməz. Azərbaycanın əsas ticarət tərəfdaşları Avropa İttifaqı ölkələridir, yeni tikilən boru xətləri ilə daşınacaq qazımızın son ünvanı da köhnə qitədir. Odur ki, Azərbaycanın Avropa Şurasından çıxması Rusiyanın Azərbaycandakı mövqelərinin güclənməsinə səbəb olacaq. Bu faktor isə Azərbaycanın milli və təhlüksəzlik maraqlarına ziddir. İşğalçı Errmənistanın strateji müttəfiqi olan Rusiya (yeni xəbər: Rusiya silah almaq üçün Ermənistana 200 milyon dollardan əlavə daha 100 milyon dollar kredit ayırdı) Azərbaycana da strateji müttəfiq ola bilməz. Əks halda Rusiya Errmənistanın işğalçı siyasətinə dəstək verməz və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirərdi.
Üçüncüsü, Azərbaycanın Avropa Şurasından çıxması Ermənistanın və Avropadakı erməni lobbisinin maraqlarına cavab verəcək. Avropa Şurasında müxtəlif illərdə Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyən (sonuncu belə qətnamə 2016-cı ilin oktyabr ayında qəbul olunub, həmin sənəddə işğal altındakı Sərsəng su anbarının boşaldılması və Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələb edilib) qətnamələr qəbul edilib. Doğrudur, həmin qətnamələrin icrası reallaşmadı. Ona qalsa torpaqlarımızın işğalıyla bağlı BMT-nin 4 qətnaməsi də 25 ildir yerinə yetirilmir. Ancaq bu bizə əsas vermir ki, Azərbaycan BMT üzvlüyünə son versin. Azərbaycan AŞPA-nı tərk etdikdən sonra işğal altındakı torpaqlarla bağlı oxşar qətnamələri qəbul etmək mümkün olmayacaq. Tam əksinə Azərbaycanın iştirak etmədiyi AŞPA-da Ermənistan və erməni lobbisi Azərbaycan əleyhinə qətnamələr qəbul etməyə çalışacaq.
Bu səbəbləri nəzərə alaraq Azərbaycanın Avropa Şurasını tərk etməsi doğru qərar olmayacaq. Belə olan halda vəziyyətdən necə çıxmaq olar?
«Atlas» Araşdırmalar Mərkəzi hesab edir ki, münasibətlərdəki gərginliyə son qoymaq üçün hər iki tərəf geri addım atmalıdır. AŞPA rəsmiləri Azərbaycan hakimiyyəti əleyhinə sərt açıqlamalardan çəkinməli, hər hansı qətnamə qəbul etmədən əvvəl Bakı ilə dialoqu genişləndirməlidirlər. Rəsmi Bakı isə mübahisəli sayılan məhbusların azad olunması imkanlarını nəzərdən keçirməlidir. Ancaq rəsmi Bakı bu qərarı o zaman qəbul edəcək ki, kənar təzyiq olmasın.