vaxtlı-vaxtında oxuyun! Cümə, 1 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
GÜNDƏM  
18:04 | 17 noyabr 2017 | Cümə Məqaləyə 2916 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Siyasətdə problemin aktuallaşdırılması anlayış var»

Səməd Seyidov Ərdoğanın Qarabağ və Putinlə bağlı bəyanatı haqda

MÖVZU İLƏ ƏLAQƏLİ

AŞPA-da Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın «Putin Qarabağ probleminin həllinə inanmır» bəyanatını şərh edib.

S.Seyidov virtualaz.org-a eksklüziv açıqlamasında bildirib ki, o, deputat və sadə azərbaycanlı kimi qardaş ölkənin prezidentinə Rusiya lideri Vladimir Putinin qarşısında Qarabağ məsələsini qaldırdığına görə təşəkkür edir: «Siyasətdə belə bir anlayış var: problemin aktuallaşdırılması. Ərdoğan, Qarabağ məsələsini qaldırmaqla onu aktuallaşdırdı. Və iki regional, nəhəng dövlətin liderləri tərəfindən bu mürəkkəb mövzunun müzakirəsinin özü artıq müsbət qiymətləndirilməlidir».

«Bununla birlikdə, mən Putinin bəyanatını də dramatikləşdirmək istəməzdim. Axı o demir ki, Rusiya problemin həllinə ümumiyyətlə ümidini itirib, o yalnız onu göstərib ki, problemin həll olunmamazlığı iki tərəf arasındakı münasibətlərlə bağlıdır. Azərbaycan dəfələrlə bildirib ki, o, qarşı tərəfin beynəlxalq hüquqa hörmət etməsi şərti ilə Ermənistanla konstruktiv münasibətlərə hazırdır. Unutmaq olmaz ki, bu münaqişənin təşəbbüskarı biz deyilik və nə qədər ki, Ermənistan, onun rəhbərliyi öz siyasətinin zərərliliyini anlamır, regionda vəziyyət dəyişməyəcək. Bu bütün tərəflərə aydın olmalıdır. Və Azərbaycan konstruktiv, substantiv danışıqlara həmişə hazırdır. Amma hər halda, mən Qarabağ probleminin iki regional dövlət tərəfindən müzakirəsini müsbət məqam hesab edirəm», - S.Seyidov vurğulayıb.