vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
TOP OYUNLARI  
20:10 | 1 noyabr 2017 | Çərşənbə Məqaləyə 2062 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AFFA-da fikir ayrılığı

Qurban Qurbanov, yoxsa italiyalı?

MÖVZU İLƏ ƏLAQƏLİ

Noyabrın 3-də AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək. İclasda Robert Prosineçkinin gedişindən sonra boş qalan Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə namizədlərlə bağlı müzakirə aparılacaq.

Komanda.az-ın əldə etdiyi məlumata görə, artıq millimizin «sükanı arxasına» kimin keçəcəyi böyük ölçüdə məlumdur. Bu, «Qarabağ»la Çempionlar Liqasında tarix yazan Qurban Qurbanovdur. İcraiyyə Komitəsinin üzvlərinin əksəriyyəti məhz Qurbanovun namizədliyini dəstəkləyir. Bir neçə il əvvəl Qurbanov haqda «gəncdir, təcrübəsizdi» düşüncəsində olan AFFA prezidenti Rövnəq Abdullayevin də artıq fikrini dəyişdiyi, «Qarabağ»ın çalışdırıcısını millidə görmək istədiyi deyilir.

İstər yerli, istərsə də xarici mətbuatda Azərbaycan millisinin «sükanı arxasına» hansısa başqa mütəxəssisin keçəcəyi haqda xəbərlərin olmaması da AFFA-nın kənarda məşqçi axtarmadığını sübut edir. Məhz bütün bunlar da Qurban Qurbanovun Azərbaycan millisinin yeni baş məşqçisi olacağından xəbər verir.

Düzdü, bizdə olan məlumata görə, AFFA rəhbərliyində fikir ayrılığı var, bəzi rəsmilər milliyə əcnəbi - xüsusən də italyan mütəxəssisin gətirilməsinin tərəfdarıdır. Amma yenə də, hazırkı durumda Qurban Qurbanov yığmaya bir nömrəli namizəd sayılır və onunla artıq bu yöndə söhbət olduğu da dəqiqdir. Təkcə Qurbanov deyil, «Qarabağ» rəhbərliyinin də bu məsələdə fikri öyrənilib. Sabah və birisigün bu görüşlərin davam etdiriləcəyi, ortaq məxrəcə gəlinəcəyi gözlənilir.

Başqa bir iddiaya görə isə millinin sabiq kapitanı, «Qarabağ»ın müdafiəçisi Rəşad Sadıqovun da yığmanın «sükanı arxasına» keçidi mümkündür. Bu məsələdə AFFA rəsmilərini tərəddüdə salan yeganə məqam Sadıqovun məşqçi kimi təcrübəsiz olmasıdır. Qarşıda isə AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanmaq tapşırığı var...