vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
TOP OYUNLARI  
15:34 | 3 noyabr 2017 | Cümə Məqaləyə 2407 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ayrılması müzakirə mövzusu deyil»

Direktor: «Qurban Qurbanov heç vaxt «Qarabağ»dan getməyəcək»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qurban Qurbanovu Azərbaycan millisinə baş məşqçi təyin olunması münasibətilə təbrik edirik. Bu, həm «Qarabağ», həm də Azərbaycan milli komandasının daha yaxşı olması üçün atılan addımdır».

Bunu açıqlamasında «Qarabağ»ın direktoru Əmrah Çəlikəl komandanın baş məşqçisi Qurban Qurbanovun Azərbaycan milli komandasının sükanı arxasına keçməsinə dair AFFA İcraiyyə Komitəsinin qərarını şərh edərkən deyib.

Klub rəsmisi bildirib ki, 45 yaşlı mütəxəssis fəaliyyətini «Qarabağ»da da davam etdirəcək: «Bununla bağlı razılıq əldə olunub. Qurban Qurbanovun «Qarabağ»dan ayrılması müzakirə mövzusu deyil və bu, heç vaxt baş verməyəcək. Qurbanov həm millidə, həm də «Qarabağ»da çalışacaq».

Qeyd edək ki, Qurban Qurbanov «Qarabağ»da 2008-ci ildən baş məşqçi vəzifəsində çalışır.