vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 3 iyul 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
MƏHKƏMƏ, İSTİNTAQ  
22:07 | 23 noyabr 2017 | Cümə axşamı Məqaləyə 2557 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nəzərə gələn «ZARA»

İşçiləri məşhur mağazaya 18 min manat «atıb»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı Ağır Cinayətlər Məhkəməsində işlədikləri «ZARA» mağazasından 17 min 700 manat mənimsəmədə təqsirləndirilənlər - İbrahim İbrahimov, Zəhra Mavlina, Zaur Novruzov, Gültəkin Bünyadova və Elvina Qafarovanın məhkəməsi keçirilib.

Hakim Novruz Kərimovun icraatında olan prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı adıçəkilən şəxslərə cəza istəmək üçün çıxışa hazır olmadığını bildirib.

İttihama görə, təqsirləndirilən şəxslər mağazada olan malların bir hissəsini kassadan kənar sataraq  pulunu mənimsəyiblər.

İstintaq dövründə isə 17 min 700 manat ziyanı geri ödəyiblər. Buna görə də onların heç biri həbs edilməyib.