«Demokratikləşmə növbəsini gözləyirik»
Sülhəddin Əkbər: «Xalq hərəkatı şəklində ciddi proses başlamalıdır ki, Qərb də bura siyasi, mənəvi dəstək verə bilsin»
Etibar SEYİDAĞA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
-
Tanekoya PUA zərbələri
Ukrayna Rusiyanın əsas neft emalı zavodunu vurdu
-
150 minlik ordu
Rusiyada növbəti səfərbərlik üçün yaş həddi artırıldı
-
“Cəbhədə ehtiyaclar daim dəyişir”
Ukrayna PUA istehsalına hazırlaşır
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
-
Ukraynaya 1,5 tonluq bomba atıldı
SSRİ zamanı istehsal Termobarik raket döyüşdə ilk dəfə istifadə olunur
-
Putinin “inanclı atəşkəsi”
Aysberqin görünməyən tərəfi
-
Bir milad yazışması
Ukrayna xalqı ən müqəddəs bayramını ruslarla bir gündə qeyd etmək istəmir
-
Azərbaycanlı “Qurd”
VIP mühafizəçidən “Dəniz piyadası”na qədər
-
Ukraynaya “ağıllı bombalar”
Müharibənin taleyini həll edəcək ikinci həmlə
2003-cü ildən indiyə qədər çoxlu sayda ölkədə demokratik dəyişikliklər, dinc inqilablar reallaşıb. Həmin ölkələr Azərbaycanın qonşuluğunda, ölkəmizin yerləşdiyi regionda və bu regionun yaxınlığında yerləşən dövlətlərdir. 2003-cü ildə Gürcüstandan başlayaraq reallaşan demokratik inqilablar dalğası Tunisə, Liviyaya qədər sıçradı.
Halbuki həmin ölkələrin daxilində qəbiristanlıq sükutu hökm sürürdü. Bu cür ölkələrdə inqilablar reallaşdı. Aktiv siyasi mübarizənin, müxalifətin mövcud olduğu Azərbaycanda isə proses bir neçə dəfə uğursuzluqla nəticələndi. İnqilab və demokratik hərəkat dalğası faktiki olaraq, Azərbaycan sərhədlərindən içəriyə daxil ola bilmir.
Bunun səbəblərini beynəlxalq siyasi münasibətlər üzrə ekspert Sülhəddin Əkbərlə söhbətimizdə araşdırdıq. «Yeni Müsavat» qəzetinə açıqlamasında S.Əkbər qeyd etdi ki, demokratikləşmə prosesi eyni zamanda böyük geopolitik savaşın tərkib hissəsidir. Çünki heç kimə sirr deyil ki, demokratikləşən ölkələr demokratik dünya ilə inteqrasiya yolunu tuturlar. Azərbaycana gəldikdə isə demokratikləşmə prosesi sərhədlərimizə artıq dayanıb: «Gürcüstan Avropa Birliyi ilə assosiativ sazişi imzalamaq haqqında qərar verib. İndiyə qədər demokratikləşmə prosesinin, inqilab dalğasının Azərbaycan sərhədlərindən içəri keçə bilməməsinin səbəbləri çoxdur. Azərbaycan bir növ Səudiyyə Ərəbistanının oynadığı rolu oynayır. Ukraynada yeni hökumət qurulacaqsa, Avropa Birliyi ABŞ-la birgə Ukraynaya yardım paketi hazırlayıb. Həmin paketin maliyyə donorlarının içərisində Azərbaycanın da adı var. Azərbaycan Əfqanıstanda gedən antiterror əməliyyatlarını maliyyələşdirir, Ukraynada gedən demokratikləşmə prosesinə Qərblə birlikdə yardım edir. Azərbaycan bir növ Səudiyyə Ərəbistanı ilə ABŞ-ın proyektlərində maliyyə donoru rolunu oynayır. Bu, ciddi düşünməyə müəyyən əsaslar, ip ucları verir.
Azərbaycanda demokratikləşmə prosesinin gecikməsinin ən başlıca səbəbi Azərbaycanın coğrafi mövqeyi ilə bağlıdır. Azərbaycan siyasi cəhətdən Avropaya aid edilir. Ölkəmiz Avropa Şurasının üzvüdür, ATƏT-in üzvüdür, Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramında, eyni zamanda NATO-nun fərdi tərəfdaşlıq proqramında iştirak edir.
Daha bir səbəb Azərbaycanın Rusiya və İranın arasında çox mürəkkəb geopolitik, geostrateji mövqedə yerləşməsi, həmçinin Azərbaycanın bu günə qədər ABŞ-ın, NATO-nun istədiyi nə varsa, onu verməsidir. Yəni faktiki olaraq, Azərbaycan bu gün siyasi sahəni çıxsaq, digər sahələrdə ABŞ-ın, Böyük Britaniyanın, Türkiyənin, İsrailin nəzarətindədir. Yalnız siyasi sahədə inteqrasiya prosesi qalır ki, bu da birbaşa rejimin dəyişilməsi ilə bağlı olduğuna görə təbii ki, hakimiyyət buna könüllü getməyəcək. Hakimiyyətin buna getməsi üçün Azərbaycanda xalq hərəkatı şəklində ciddi hərəkata ehtiyac var. Belə bir hərəkat başlamalıdır ki, Qərb də bura siyasi, mənəvi dəstək verə bilsin».
Həmsöhbətimizin sözlərinə görə, demokratikləşmə prosesinin sərhədlərimizi indiyə qədər aşa bilməməsinin daha bir böyük səbəbi Azərbaycanın müsəlman ölkəsi olması ilə bağlıdır: «Açıq şəkildə deyilməsə də Qərbin Azərbaycanda demokratikləşmə prosesinə indiyə qədər ciddi önəm verməməsi həm də bu amillə bağlıdır. Ukraynanın, Gürcüstanın demokratikləşməsinə olan diqqət qədər Azərbaycana bu sahədə diqqət göstərilməyib».
S.Əkbər vurğuladı ki, hakimiyyətin xarakteri, bütün sahələri, cəmiyyəti total nəzarətdə saxlaması, Qarabağ münaqişəsi də Azərbaycanda demokratikləşmə prosesinin indiyə qədər qarşısını alan səbəblər sırasında hesab edilməlidir: «Xalqın passivliyinə gəldikdə, nəzərə almaq lazımdır ki, Azərbaycan xalqı çox təhsilli, praqmatik xalqdır. Bizim yuxarıda qeyd etdiyimiz məsələləri, səbəbləri təbii ki, orta azərbaycanlı da təhlil edir. Başa düşür ki, Azərbaycanda demokratikləşmənin hələ zamanı çatmayıb və Azərbaycanda hələ daxili və xarici şərtlər yetişməyib. Zamanı gələndə, həmin şərtlər yetişəndə görəcəksiniz ki, Azərbaycan xalqı demokratikləşmə prosesinə necə qoşulur, dəstək verir».
S.Əkbər sonda bəyan etdi ki, Azərbaycan demokratikləşmə növbəsini gözləyən ölkələrdən biridir: «Azərbaycandan öncə ölkələr var və həmin ölkələrə diqqət daha böyükdür. Bu ölkələrin başında Ukrayna gəlir. Yeni Rusiya imperiyasının baş tutub-tutmayacağı Ukraynada həll olunur. Ukrayna yeni Avropa təhlükəsizlik sisteminin məhək daşı hesab olunur. Əgər Ukraynada demokratiya, demokratik qüvvələr qələbə çalarlarsa, artıq heç kimə sirr deyil ki, növbə Azərbaycanın olacaq. Çünki bilirsiniz ki, GUAM yaradılanda postsovet məkanından yeni Avropa təhlükəsizlik sisteminə keçid forması kimi yaradılmışdı. Ukraynada demokratikləşmə baş tutsa, artıq Gürcüstan, Moldova və Ukrayna Avropa Birliyi ilə assosiativ sazişi imzalayarsa, Azərbaycan bu sistemdə tək qalır. Ya gərək Azərbaycan birmənalı şəkildə Mərkəzi Asiya ölkələri kimi Rusiya ilə yaxınlaşma xəttini tuta, Gömrük İttifaqına və ya Avrasiya İttifaqına daxil ola, ya da Azərbaycanın demokratikləşməsi qaçılmaz olacaq. Ola bilsin ki, bəlli səbəblərə görə inqilab yolu seçilməsin, islahatlar yolu ilə gedilsin və demokratikləşmə prosesi daha uzun çəksin».