vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 13 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
KİNO-TEATR  
14:50 | 17 fevral 2014 | Bazar ertəsi Məqaləyə 1775 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sərnişin»in çəkilişi bitdi

Rejissor Rəşad Babayev kimdir?

Lalə AZƏRİ

«Nərimanfilm» kino şirkətində «Sərnişin» qısametrajlı bədii filminin çəkilişləri başa çatıb. Film gənc rejissor Rəşad Babayev tərəfindən öz ssenarisi əsasında çəkilib. Operator Raid Abbasov, səs rejissoru Teymur Abdullayev, prodüser Nəriman Məmmədovdur.

Filmdə aktyorlar Azər Aydəmir, Ərtoğrul Kamalov və Midhət Aydın çəkiliblər. Süjet xətti belədir. Gənc şəhər sakini yad bir yerdə yolunu azır. O, həmin kənddən olan oğlanı öz maşınına mindirir ki, yolu tapmaqda ona kömək etsin. Yolda qəhrəmanlar arasında konflikt yaranır. Eyni istiqamətdə yol gedən insanların həyatdakı yolları həmişə eyni olmur.

Rəşad Babayev 1979-cu ildə Xaçmaz şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Şimali Kiprdə, Beynəlxalq Amerika Universitetində təhsil alıb, 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 2000-ci ildən peşəkar rəssamlıqla məşğul olur, 2004-cü ildə ilk sərgisi keçirilib, 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Londonda, Parisdə, Berlində, Romada keçirilən beynəlxalq sərgilərin, 55-ci Venesiya bienalesinin iştirakçısıdır. 2012-ci ildən ssenari yazmağa başlayıb, ötən il Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən keçirilən ssenari müsabiqəsinin diplomu ilə təltif edilib.