Üç Vladimirin davası
Doğrudanmı Zelenskinin bu qələbəsi də təsadüfdür?...
Hüseynbala SƏLİMOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
-
Tanekoya PUA zərbələri
Ukrayna Rusiyanın əsas neft emalı zavodunu vurdu
-
150 minlik ordu
Rusiyada növbəti səfərbərlik üçün yaş həddi artırıldı
-
“Cəbhədə ehtiyaclar daim dəyişir”
Ukrayna PUA istehsalına hazırlaşır
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
-
Ukraynaya 1,5 tonluq bomba atıldı
SSRİ zamanı istehsal Termobarik raket döyüşdə ilk dəfə istifadə olunur
-
Putinin “inanclı atəşkəsi”
Aysberqin görünməyən tərəfi
-
Bir milad yazışması
Ukrayna xalqı ən müqəddəs bayramını ruslarla bir gündə qeyd etmək istəmir
-
Azərbaycanlı “Qurd”
VIP mühafizəçidən “Dəniz piyadası”na qədər
-
Ukraynaya “ağıllı bombalar”
Müharibənin taleyini həll edəcək ikinci həmlə
Prezident seçkisindən az müddət, təxminən iki ay sonra Ukrayna daha bir demokratik seçkiyə - parlament seçkisinə imza atdı.
Doğrusu, biz bu yazını hörmətli Vladimir Volfoviçin, yəni ki, cənab V.Jirinovskinin növbəti bəyanatına, guya ki, 2024-cü ildə heç bir Ukrayna dövlətinin qalmayacağı haqqındakı növbəti “öncəgörmə”sinə həsr etmək istəyirdik.
Amma düşünürük ki, Rusiyanın Ukraynaya qarşı illərlə davam edən qarayaxmlarına ən yaxşı cavab onun demokratiya yolunda atdığı ciddi addımlar, keçirdiyi seçkilərdir. Bu seçki də Ukraynanın opponentlərinə daha bir cavab oldu. Deyirdilər ki, guya Vladimir Zelenskinin seçilməsi tamam təsadüfdür. Budur, Zelenskinin partiyası parlament seçkilərini də uddu. Bu da təsadüfdürmü?..
İnanın, əgər bir dövlətdə hüquqi problemləri məhkəmələr, siyasi problemləri isə seçkilər yolu ilə həll etmək mədəniyyəti və ya ənənəsi formalaşıbsa, daha bu dövlətə və onun cəmiyyətinə zaval yoxdur, onlar yaşayacaq və çiçəklənəcəkdir.
Vay o ölkələrin halına ki, orada belə mədəniyyət və ənənə yoxdur, oralarda bütün bunlar oturuşana qədər siyasi çaxnaşmalar, kataklizmlər davam edəcək, çünki bəşəriyyətin inkişaf yolunu korrektə etmək hələ heç kimə nəsib olmayıb, yol həmin yoldur - insan hüquq və azadlıqlarının genişlənməsi yolu.
Odur ki, çox yaxşı olardı Vladimir Jirinovski ana vətəni (ata vətəni yəqin ki, İsrail sayılır!) Rusiya ilə bağlı da bir fal açsın və böyük bir dövlətin, böyük bir xalqın ölkəsinin “Putin Rusiyası” adlanmasının səbəbləri haqqında yaxşı-yaxşı düşünsün və Vladimir Putindən sonra Rusiyanın necə adlanacağını bir yaxşı götür-qoy etsin, çünki tarix göstərir ki, bu ayamalar Rusiyaya düşmür: bəli, çar Rusiyası, sovet Rusiyası, indi də Putin Rusiyası! Dördüncü necə olacaq və ümumiyyətlə, olacaqmı - bunu şəxsən özümüz üçün hələ yəqinləşdirməmişik.
Ümumilikdə isə, biz Jirinovskidən fərqli olaraq özümüzü xoş niyyətli adam hesab edirik və düşünürük ki, məsələlər Jirinovski kimilərin zənn etdiyi, ən əsası da “proqnoz”laşdırdığı kimi olsaydı, Dünya, Vallah, olduqca eybəcər olardı, biz isə bunu istəmirik - nəinki Ukraynaya, heç Rusiyaya da münasibətdə.
O ki qaldı Ukraynaya, demokratiyaya opponentlik edənlər təkcə Jirinovskilər deyil. Məsələn, mən Azərbaycanımızın özündə belə bəlkə də min dəfə eşitmişəm ki, müharibə aparan ölkənin demokratiya nəyinə gərəkdir?
Maraqlısı heç bilirsinizmi nədir? Bu adamlara görə müharibə aparan, özü də gənc bir dövləti talamaq, pulunu-sərvətini az qala kürəklə daşıyıb xarici banklara yığmaq (mən bəzi şanlı məmurlarımızı nəzərdə tuturam, çünki onlar vəzifədən gedəndən sonra elə faktlar açıqlanır ki, adam lap əlini qulağının dibinə qoyub yalqız bir canavar kimi ulamaq istəyir!) olar, amma demokratiya, azadlıq və ya hüquq haqqında danışmaq olmaz.
Görəsən, Azərbaycan və Ukrayna kimi gənc və müharibə aparan dövlətlər üçün nə daha təhlükəlidir: korrupsioner, talançı və insafsız məmurlar, yoxsa demokratiya tələb edən, demokratiya istəyən zavallı insanlar?
Düşünürük, sualı cavabsız qoymaq daha məntiqli olardı, çünki onun cavabını bir adam yox, bütün cəmiyyət verməlidir - bəli, həmin cəmiyyət ki, hələ də anlamır ki, hətta sükutu ilə belə bayaq qeyd etdiyimiz o talançı və korrupsioner məmurların əməllərinə “hə” deyir, onlarla sanki cinayət ortağı olur.
Odur ki, demokratiya, ictimai nəzarət, hesabatlılıq kimi anlayışlar əslində hər bir dövlətə lazımdır, o cümlədən də Azərbaycan və Ukrayna kimi gənc və müharibə aparan ölkələrə.
Üstəlik, çox hörmətli cənab V.Jirinovski ciddi bir məsələni nədənsə unudur; 2024-ci ildən əvvəl 2020 - ci il olacaq və Qərbin “kiçik Marşall planı” işə düşəcəkdir.
Əlbəttə, o, hələki ikinci Dünya savaşından sonrakı “böyük Marşall planı” qədər miqyaslı bir plan deyil, amma iddiası böyükdür: keçmiş sovet məkanında Rusiyanın təsirini azaltmaq!
Ola bilməz ki, Jirinovskinin bundan xəbəri olmasın; Rusiya telekanalları öz verilişlərində bununla bağlı çox haray-həşir salıblar.
Sadəcə, bu adam bir qədər fərqli rol oynayır: onun “işi” camaatı Rusiyanın adından qorxutmaqdır. Amma heç qorxan varmı? İnanın ki, yoxdur, - necə deyərlər, çax-çax baş ağrıdır, amma dəyirman öz işindədir. Sadəcə, məsələnin bir qəliz tərəfi var: Rusiyanın hətta ən yaxın ətrafında belə dost xalqları və ya millətləri yoxdur, dost hakimiyyətləri var. Bunun sayəsində ikibaşlı qartal hələ müəyyən təsirə malikdir. Amma hakimiyyətlər heç vaxt əbədi olmurlar, çünki bayaq sadaladıq ki, hətta Rusiyanın özünün tarixində belə çar Rusiyası, sovet Rusiyası vardı, indi də Putin Rusiyasıdır. Sabah nə olacaq - bunu yaxşısı rusların özündən soruşmaqdır...