vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 16 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
QƏZA, FACİƏ  
17:00 | 10 mart 2014 | Bazar ertəsi Məqaləyə 2665 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nərmin Hüseynli vəfat etdi

Mərhum qan xərçəngindən əziyyət çəkirdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Aldığımız son məlumata görə, bir həftə əvvəl Türkiyəyə, İstanbul Memorial Klinikasına müalicə almaq üçün aparılan Nərmin Hüseynli vəfat edib. Bu barədə mərhumun yaxınları “facebook” sosial şəbəkəsində məlumat paylaşıblar.

Qeyd edək ki, Nərmin Hüseynlinin həyatını xilas etmək üçün Bakı şəhərində geniş xeyriyyə kampaniyası keçirilmişdi. Və onun müalicəsi üçün tələb olunan 150 min manatın böyük bir hissəsi toplanmışdı.

İki gün əvvəl həkimlər N.Hüseynlinin beyin qanaması keçirdiyini və bunun qarşısının alındığını bildirmişdilər. Bu gün alınan acı xəbərdən anlaşılır ki, həkimlərin onun həyatını xilas etmək cəhdləri uğursuz olub.

Xatırladaq ki, N.Hüseynli leykemiyadan, qan xərçəngindən əziyyət çəkirdi.

Allah rəhmət eləsin.