Son 40 ilin ən yüksək artımı
Bayden neft emalı zavodlarına: “Daha çox mənfəət deyil, daha çox yanacaq hasil edin”
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Çin Qərbin əl-qolunu bağlayıb
Pekinin aqressiv strategiyaları mədən müharibəsində “dözülməz rəqabət” yaradıb
-
İrqçi siyasətçinin qubernatorluq iddiası
Respublikaçıların Missuri ştatındakı namizədlərinin özünəməxsusluğu ...
-
“Çərpələng kimi zirvədə”
Tramp Baydenin televiziya debatlarından əvvəl narkotik testindən keçməsini istəyir
-
Rusiya torpaqlarına ABŞ raketləri
Ukrayna Bayden administrasiyasından kəşfiyyat məlumatları və silahlardan istifadə izni istəyib
-
“Aşağı orbitdəkilər məhv ola bilər”
“Rusiya nüvə silahının sınaqdan keçirilməsi üçün kosmosa peyk göndərdi”
-
Kopperfildə qarşı cinayət işi
Məşhur illüziyaçı 16 qadına təcavüz etməkdə ittiham olunur
-
500 min əsgərlə hücum
Ukrayna yarım milyonluq gücü 40 min nəfərlik ordu və PUA-larla qarşılayacaq
-
Faciəvi mənzərə
Ekologiya bəhanədir, məqsəd maraqlar və biznesdir
-
ABŞ-dan Çinə növbəti həmlə
Vergi və rüsumlar 2-3 dəfə artırıldı
-
“İqtisadiyyatlar ksenofobiya səbəbindən durğunlaşır”
Bayden deyir ki, Hindistan, Yaponiya, Çin və Rusiya immiqrantları istəmir
-
Oğurluqda günahlandırılır
Süni intellektə qarşı müəllif hüquqları iddiası qaldırılıb
-
6.5 milyard dollarlıq vəd
“Johnson & Johnson” anlaşma təklif edir
-
“İki dövlət həlli artıq çox çətindir”
Tramp “Time”a danışıb: “Nəticə ala bilməsələr, digər ordu birləşmələrini işə salacağam”
-
“Zombi maral xəstəliyi” epidemiyası
ABŞ-nin 50 ştatının 33-də müşahidə olunan virus insana yoluxurmu?
-
Reseptlə satılacaq
ABŞ-də tarixi “marixuana” hazırlığı
-
3,4 milyard dollarlıq təlatüm
Keçən il 60 yaşdan yuxarı 100 mindən artıq ABŞ vətəndaşı fırıldağın qurbanı olub
Prezident Co Bayden çərşənbə günü ABŞ neft emalı şirkətlərini daha çox benzin və dizel istehsal etməyə çağıraraq, amerikalıların yanacağın rekord yüksək qiymətləri ilə mübarizə apardığı bir vaxt Rusiya və Ukrayna arasında müharibə zamanı onların mənfəətlərinin üç dəfə artdığını deyib.
“Ailələrin üzləşdiyi böhranla bağlı təcili tədbirlər görülməlidir”, – deyə Bayden yeddi neft emalı zavoduna yazdığı məktubda vurğulayıb.
“Şirkətləriniz böhranı həll edən konkret, yaxın müddətli həlləri irəli sürmək üçün administrasiyamla işləməlidir”, – Bayden əlavə edib.
Məktubda qeyd olunur ki, neftin mart ayında bir barel üçün qiyməti 120 dollara yaxın olduğu vaxt qazın qiyməti orta hesabla 4,25 dollar/qallon olub.
Məktubda deyilir ki, cəmi bir neçə ay ərzində orta yanacaq qiymətlərindəki bu 75 sentlik fərq həm neft emalı zavodunun güc çatışmazlığını, həm də “hazırda indiyə qədər qeydə alınmış ən yüksək səviyyədə olan” mənfəəti əks etdirir.
Məktubda deyilir ki, administrasiya “yaxın müddətdə neft emalı zavodunun gücünü və hasilatını artırmaq və bu ölkənin hər bir bölgəsinin lazımi şəkildə təchiz edilməsini təmin etmək üçün bütün ağlabatan və uyğun Federal Hökumət vasitələrindən və fövqəladə hallar orqanlarından istifadə etməyə” hazırdır.
Məktubda qeyd edilib ki, Bayden artıq ABŞ-ın strateji ehtiyatından neft buraxıb və etanol qarışdırma standartlarını artırıb, baxmayaraq ki, heç bir hərəkət qiymətlərə davamlı təzyiq göstərməyib.
Prezident məktubu “Marathon Petroleum”, “Valero Energy”, “ExxonMobil”, “Phillips 66”, “Chevron”, “BP” və “Shell” şirkətlərinə ünvanlayıb.
Ölkə üzrə yanacaq qiymətləri orta hesabla bir qallon üçün təxminən 5 dollardır, bu, bir çox amerikalı üçün iqtisadi yük və ara seçkilərə gedən prezidentin demokrat məsləkdaşlarıüçün siyasi təhlükədir.
Keçən il ABŞ iqtisadiyyatı koronavirus pandemiyasından sonra daha geniş inflyasiya artmağa başlayıb, lakin Rusiyanın Ukraynanı fevral ayında işğal və qlobal əmtəə bazarlarına təsir etməsindən sonra enerji və ərzaq qiymətlərinin qalxması sürətlənib.
Hökumət cümə günü bildirib ki, istehlak qiymətləri bir il əvvələ nisbətən 8,6 faiz artıb ki, bu da son 40 ildən çox müddətdə ən ağır artımdır.
Baydenin dediyi kimi neftayırma zavodları “müharibə”nin yaratdığı qeyri-müəyyənliklərdən istifadə edirlər. Korporativ xəsisliyin qiymətlərin bahalaşmasına töhfə verdiyinə dair mesajı bir çox iqtisadçı arasında mübahisə doğursa da, bu iddia seçicilərdə müəyyən rezonans doğura bilər.
Bəzi liberal qanunvericilər yüksək inflyasiyanın fonunda korporativ mənfəətin qarşısını almağı təklif edir.