![](img/left_arrow.jpg)
![](img/right_arrow.jpg)
2001-ci ildən bəri qeydə alınan ən yüksək diapazon
ABŞ bank sektorunda zərərlər və yaranmış vəziyyət
Üç bank özünü iflas elan etdi, kriptovalyuta bazarı silkələnəcək
FED faiz dərəcəsini qaldırdı
FED-in pul-kredit siyasətindəki şahin duruşunun yumşalma ehtimalı güclənir
FED rəsmilərinin bəyanatları və “DXY”
FED-in yumşalmaya gedəcəyi deyilir
ABŞ-da son 40 ilin ən yüksək səviyyəsi
Dollar isə əksər valyutaları üstələyə bilər
Dollar 28 ilin maksimumuna, funt-sterlinq isə 37 ildə minimumuna imza atıb
Qərardan sonra Azərbaycan cəmiyyətini düşündürən 3 sual meydana çıxdı
FED-in iclasından sonra qızıl bahalaşdı
Apreldə 12 aylıq qiymət artımı səviyyəsi 6.3 faizədək qalxıb
Əgər FED ehtimal olunan qədər faiz artımına gedərsə...
FED uçot dərəcəsi aşağı saldı, Tramp narazı qaldı
Donald Trampın müstəqil olmalı quruma təzyiqləri davam edir
Qlobal inflyasiya fonunda əksər ölkələr uçot faiz dərəcəsinin artırılması ilə bağlı qərar qəbul etməkdədilər. Dünən ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) 1994-cü ildən bəri ən yüksək artıma qərar verdi.
Avropa Mərkəzi Bankı da gələn ay keçiriləcək iclasında uçot faiz dərəcəsinin 0.25 faiz bənd aralığında artırmaq niyyətindədir. May ayında avro zonada inflyasiya səviyyəsi son dekadaların tarixi rekordunu təzələyib: istehlak bazarında qiymətlər 8.1 faiz yüksəlib.
Bununla yanaşı, Avropa İttifaqında iqtisadi artım faizi də azalmaqdadır. 2022-ci il üçün 3.7 faiz artım proqnozlaşdırılan avro zonada ÜDM-in il ərzində 2.8 faiz böyüyəcəyi gözlənilir. Uzun müddət uçot dərəcəsinə toxunmayan Avropa Mərkəzi Bankı da artıq bu alətdən istifadə etmək niyyətindədir.
Azərbaycanda uçot faiz dərəcəsi Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra cəmi bir dəfə dəyişdirilib. Martın 18-də Azərbaycan Mərkəzi Bankı uçot faiz dərəcəsini 7.5-dən 7.75 faizədək yüksəldib. Dövlət Statistika Komitəsi bu ilin ilk 5 ayında inflyasiya səviyyəsinin 12,6 faiz olduğunu bəyan edib. Bu isə proqnozlaşdırılandan çoxdur. Bu kontekstdən Azərbaycanda uçot faiz dərəcəsinə yenidən baxılıb artırılması məqsədəuyğundur. FED daxil olmaqla aparıcı mərkəzi bankların kəskin faiz artımları fonunda Azərbaycanda da uçot faiz dərəcəsinin inflyasiya tənzimləyici və valyuta bazarında stabilləşdirici funksiyasından daha aktiv şəkildə istifadə edilməsinə ehtiyac var.