İraq İrana qarşı sanksiyalara qoşulub?
Ərbil aeroportu “Puya Air” təyyarəsinin enişinə icazə vermədi
CAVİDAN
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Milyarderin edam hökmü ləğv edilib
Babək Zəncaninin əfv fərmanını Xamenei təsdiqləyib
-
Təcavüz etdikdən sonra öldürüblər
Meyiti 9 gün sonra morqda tapılan qızın dəhşətli sonu
-
Tehran Əsədi məcbur edir
Qonşu ölkələr tərəfindən rədd edilən rejim “qardaş”ının tələbinə boyun əyir
-
İranda timsah həyəcanı
Sel nəticəsində 8 nəfərin ölümü təsdiqlənib
-
“Haşdi Şabi”ni kim vurub?
Partlayış səsləri bu dəfə İraqdan gəldi
-
Tehran-İsfahan-Məşhəd arasında “gəzinti”
Zahidinin ölümündən əvvəlki səyahət marşrutu suallar yaradıb
-
Vaşinqton və “boz ərazi”
Bayden administrasiyasının heç vaxt dəqiq strategiyası olmayıb
-
İki general öldürüldü
İsrail İranın Dəməşqdəki konsulluğunu vurdu, Tehranda nümayişlər
-
İsrailin Hələbə hücumu
Onlarla rejim və Hizbullah yaraqlısı öldürülüb
-
Bizimlə dirəşən o birilərlə barışır
İran ətrafında halqa daralıb, sanksiyalar sərtləşib
-
İran elitasında parçalanma?
Uğurlu inqilab üçün əsas amil
-
Xalqa qarşı 9500 “Hizbullah”çı ...
Molla rejimi etirazçılara qarşı Yəmən, İraq və Əfqanıstandan terrorçular gətirir?
-
Mollaları silkələyən şüarlar...
“Biz hamımız Mohsen Şəkəriyik!”
-
İran odla oynayır ...
... yaxud bir Abbasılıq qiyməti olmayan yalan
-
İranı qarışdıracaq daha bir qətl
Sünni dini lideri qaçırdılar və üç güllə vurdular
-
HHM qarşılığında PUA
Rusiya və İran tam hüquqlu tərəfdaşa çevrilir
İraqın Kürdüstan bölgəsinin mərkəzi olan Ərbil Beynəlxalq Hava Limanının rəhbərliyi iyulun 4-də İran təyyarəsinin bu hava limanına enməsinə icazə vermədiyini açıqlayıb. “Pouya” Hava Şirkətinə məxsus bu yük təyyarəsi bazar ertəsi Urmu hava limanından Ərbilə uçmuşdu.
Ərbil hava limanının müdiri Əhməd Huşyar “Radio Farda”ya təyyarəyə eniş icazəsi verilməməsinin səbəbinin “Pouya Air”in hüquqi prosedurları tamamlamaması olduğunu deyib.
“Bir neçə gün əvvəl İran aviaşirkəti öz təyyarəsini Ərbil hava limanına endirmək üçün müraciət edib. Onlara dedik ki, əvvəlcə hüquqi rəsmiləşdirmələri yerinə yetirməli, sonra təyyarələrinin enməsinə icazə verəcəyik”, – deyə o bildirib.
Huşyar İran təyyarəsinin hüquqi hazırlıqların heç birini yerinə yetirmədən qəfildən Ərbil səmasına girdiyi üçün enişinə icazə vermədiklərini söyləyib.
İraqın Kürdüstan bölgəsindəki Ərbil və Süleymaniyyə hava limanlarından adətən İranın müxtəlif şirkətlərinə məxsus təyyarələr istifadə edir. Bu ilk dəfədir ki, İran təyyarəsinin bu hava limanlarından birinə enişinə icazə verilmir.
2012-ci ilin martında Amerika Maliyyə Nazirliyi “Pouya Air”i silah daşınmasına görə sanksiya siyahısına salıb.
İran təyyarəsinin Ərbil hava limanına enməsinə icazə verilməsməsinin səbəbi kimi həm də, son vaxtlar İran İnqilab keşikçiləri Korpusunun bu bölgəyə dron və raket hücumları ilə ola biləcəyi ilə əlaqələndirilir.