Geosiyasi gərginliyə təsadüf edən görüş
Baydenin Ər-Riyada yollandığı ərəfədə Bin-Salman beynəlxalq münasibətlərin bərpasına çalışır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“İqtisadiyyatlar ksenofobiya səbəbindən durğunlaşır”
Bayden deyir ki, Hindistan, Yaponiya, Çin və Rusiya immiqrantları istəmir
-
Oğurluqda günahlandırılır
Süni intellektə qarşı müəllif hüquqları iddiası qaldırılıb
-
6.5 milyard dollarlıq vəd
“Johnson & Johnson” anlaşma təklif edir
-
“İki dövlət həlli artıq çox çətindir”
Tramp “Time”a danışıb: “Nəticə ala bilməsələr, digər ordu birləşmələrini işə salacağam”
-
“Zombi maral xəstəliyi” epidemiyası
ABŞ-nin 50 ştatının 33-də müşahidə olunan virus insana yoluxurmu?
-
Reseptlə satılacaq
ABŞ-də tarixi “marixuana” hazırlığı
-
3,4 milyard dollarlıq təlatüm
Keçən il 60 yaşdan yuxarı 100 mindən artıq ABŞ vətəndaşı fırıldağın qurbanı olub
-
Seçkiqabağı sorğu həyəcanı
Tramp və Bayden arasındakı uçurum dərinləşir
-
2027-ci il kabusuna hazırlıq
Böyük müharibədən əvvəl qızıl tədarükü – Çin 17 ayda rekord qırdı
-
“ABŞ-la vaxtaşırı görüşürük”
Əsəd: “Heç bir nəticə olmayacağını bilsək belə, cəhd edəcəyik”
-
Nyu-Yorkda siçovul böhranı
Leptospiroz xəstəliyinə yoluxanların sayında ciddi artım var
-
Nüvə müharibəsinə hazırlıq qızışır
ABŞ yeni döyüş başlığının istehsalına başlayır
-
Çinə qarşı kiber hücum ittihamı
Hakerlər ABŞ-ı susuz və enerjisiz qoymağa çalışıblar
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
Təyyarəsi yenə xarab oldu
NATO toplantısına maşınla getdi
-
Amerika seçicisi balans istəyir
Sorğuda respondentlərin əksəriyyəti “dünya siyasətinə daha az qarışılmasına” tərəfdardır
Prezident Co Baydenin Yaxın Şərqə səfəri regionda sürətli geosiyasi dəyişikliklərin baş verdiyi vaxta təsadüf edir. Səudiyyə Ərəbistanı ilə İran arasında rəqabət uzun müddətdir regionda mürəkkəb münasibətlərin əsasında durur. Hər iki ölkə hazırda yenidən beynəlxalq səhnədə nüfuzunu artırmağa çalışır.
Co Baydenin ABŞ prezidenti kimi Yaxın Şərqə ilk səfəri həm Səudiyyə Ərəbistanı, həm də İran üçün qlobal səhnədə mühüm məqama təsadüf edir.
Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman krallıq beynəlxalq əlaqələrini bərpa etməyə çalışdığı vaxt Misir, Türkiyə və İordaniyaya səfərdən yeni qayıdıb.
“Səudiyyə Ərəbistanı qismən jurnalist Camal Xaşuqçinin öldürülməsi və qismən də Yəməndə davam edən dağıdıcı humanitar nəticələrə səbəb olan müharibəyə görə beynəlxalq səhnədə kənara sıxışdırılıb. Beləliklə, səudiyyəlilər hazırda beynəlxalq şəbəkəyə yenidən inteqrasiya etməyə çalışırlar”, – Lankaster Universitetinin beynəlxalq siyasət professoru Saymon Mabon bildirib.
Baydenin Ər-Riyada səfəri Vaşinqtonun açıq olduğuna işarədir.
Saymon Mabon: “Bu, əsasən, Ukraynada baş verənlərlə, neft və qaz qiymətlərində böyük sıçrayışla bağlıdır. Səudiyyə Ərəbistanı mühüm istehsalçı kimi qlobal bazarlara böyük təsir göstərmək potensialına malikdir”.
İran da həmçinin ABŞ sanksiyalarının ləğvi müqabilində 2015-ci il nüvə sazişinə qayıtmaq üçün danışıqlar apararaq, beynəlxalq səhnəyə yenidən qayıtmağa çalışır.
“İran dövlətinin pula ciddi ehtiyacı var”, – Saymon Mabon qeyd edib.
Lakin İranın nüvə zənginləşdirilməsi proqramının sürətlə inkişafı ilə bağlı xəbərdarlıqlar fonunda nüvə danışıqlarında irəliləyiş dayanıb.
“İranın proqramı bizi narahat edən bir şəkildə irəlilədilib”, – Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
İran və Səudiyyə Ərəbistanı 2014-cü ildən Yəməndə proksi müharibə aparır və iki ölkə 2016-cı ildə əlaqələri kəsib. İranın dəstəklədiyi Husi üsyançıları ilə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət arasında mart ayında əldə edilmiş atəşkəs razılaşmasına əməl olunur.
Tehran və Ər-Riyad arasında aprel ayında Bağdadda münasibətlərin normallaşdırılması istiqamətində danışıqların beşinci raundu keçirilib və növbəti danışıqlar planlaşdırılır.
Bayden Ər-Riyaddan əvvəl İsrail və Fələstin ərazilərinə səfər edib. Burada gözləntilər aşağıdır.
“Fələstinlilərin əsas məsələləri Bayden administrasiyasının prioritetləridirmi? Cavab xeyrdir. Buna görə də bu səfərdən yeni heç bir gözlənti yoxdur”, – İordan çayının Qərb sahilində Birzeit Universitetinin siyasi elmlər professoru Əli Cərbavi deyib.
İsrail də həmçinin regionda ərəb qonşuları ilə yeni əlaqələr qurmağa çalışır.
“Səudiyyəlilər və israillilər qismən İranla bağlı ortaq narahatlıqlarla əlaqədar olaraq birlikdə işləyirlər”, – Saymon Mabon qeyd edib.
Hüquq müdafiə qrupları Baydeni Səudiyyə Ərəbistanı və İsrailə səfərləri zamanı insan haqları ilə bağlı narahatlıqları ifadə etməyə çağırıb. Vaşinqton insan haqlarının ABŞ-ın xarici siyasətinin mərkəzində olduğunu bildirib.