“Zamanın sınağından keçmiş əlaqələr”
Hindistan Rusiya ilə iqtisadi münasibətləri genişləndirəcəyini deyir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“İqtisadiyyatlar ksenofobiya səbəbindən durğunlaşır”
Bayden deyir ki, Hindistan, Yaponiya, Çin və Rusiya immiqrantları istəmir
-
Kağız puldan imtina
Dünyanın ən böyük iqtisadiyyatlarından birində inqilabi dəyişim
-
Hindistanı narahat edən virus
LSD 100 min inəyin tələf olmasına səbəb oldu
-
“S-400”ə qarşı “Brahmos”
Yunanlar tüfəngin qarşısını sapandla almaq istəyir
-
Seçki ərəfəsində rüşvət təlatümü
Müxalifət alyans üzvü partiya liderinin qalmaqallı həbsinə görə ölkənin baş nazirini günahlandırır
-
Çinin əhalisi niyə azalıb?
Demoqrafik kiçilmənin səbəbləri ...
-
Dehli Kremldən narazıdır
Modi Putinlə görüşünü niyə təxirə salıb?
-
Hindistan Çinin bazarını bağlayır
Asiyada investisiyalarda yerdəyişmə baş verir
-
Çin sakit durmur
Asiya regional müharibələr arenasına çevriləcək
-
İrəvanı Bakıya qarşı silahlandırırlar
Hindistan da bölgədə söz sahibi olmaq istəyir
-
BRİKS-də fərqli maraqlar var
Birlik sadəcə fikir mübadiləsi üçün bir platformadır
-
Bu il dünya əhalisi 8 milyarda çatacaq
2050-ci ildə çinlilərin 1.317, hindistanlıların isə 1.668 milyarda çatacağı gözlənilir
-
Taliban Dehliyə münasibətlərdə maraqlıdır
Hindistan Əfqanıstandakı səfirliyini yenidən açmaq qərarına gəlib
-
Rusiya Bakıda verdiyi sözü 3 gün sonra pozdu
Qarabağda müharibə başlayır?
-
Vaşinqtonun yeni ittifaqı kimlərə qarşıdır?
Hindistan həm ABŞ-ın yanındadır, həm də Rusiyanın
-
Putin hansı dostuna arxayındır?
Rusiya prezidentinin təriflədiyi hər kəs ondan uzaq durmağa çalışır
Hindistanın xarici işlər naziri bildirib ki, Hindistan Rusiya ilə iqtisadi əlaqələri genişləndirəcək və Moskvadan neft almağa davam edəcək. O, Moskvadan endirimli xam neft idxalının onun ölkəsinin xeyrinə olduğunu deyib.
Xarici işlər naziri Subrahmanyam Cayşankar Moskvaya səfəri zamanı deyib ki, dünyanın üçüncü ən böyük neft istehlakçısı kimi Hindistanın beynəlxalq bazarlara “mümkün ən sərfəli şərtlərlə çıxışını” təmin etmək “bizim əsas borcumuzdur”.
O, bu barədə açıqlamanı çərşənbə axşamı rusiyalı həmkarı Sergey Lavrovla görüşündən sonra verib.
Ukrayna münaqişəsi başlayandan bəri Rusiyaya ilk səfərini edən hindistanlı nazir Dehlinin Moskva ilə uzunmüddətli əlaqələrini təsdiqləyərək, onu “sabit” və “zamanın sınağından keçmiş əlaqələr” adlandırıb.
Jurnalistlərin neft idxalını azaltmaq və Rusiya neftinə yüksək qiymət həddi tətbiq edən yeddi ölkənin planına qoşulmaq üçün Qərb ölkələrinin təzyiqi ilə bağlı suallarına cavab olaraq Cayşankar “Bir çox onilliklər ərzində münasibətlərimizin hər hansı obyektiv qiymətləndirilməsi, həqiqətən, hər iki ölkənin bu yolda çox və çox yaxşı xidmət etdiyini təsdiq edir”, – deyib.
Hindistanın xarici işlər naziri Moskvaya ABŞ-ın maliyyə naziri Canet Yellenin Hindistana planlaşdırılan səfərindən bir neçə gün əvvəl səfər edib. Çox ehtimal ki, Yellenlə danışıqlara qiymətlə bağlı təklif də daxil ola bilər.
Vaşinqtonda “Press Trust of India” nəşrinə müsahibə verən Yellen deyib ki, Hindistan Qərbin qiymət həddindən faydalana bilər.
“Biz istəyirik ki, Rusiya nefti qlobal bazarları təmin etməkdə davam etsin, bazarda qalsın. Lakin biz əmin olmaq istəyirik ki, Rusiya müharibə səbəbilə mahiyyətcə çox yüksək olan qiymətlərdən həzz alaraq, müharibədən haqsız qazanc əldə etməsin”, – deyə Yellen bildirib.
Dekabrın əvvəlində qüvvəyə minməsi gözlənilən qiymət həddi planına əsasən Avropa şirkətlərinə Rusiya xam neftinin G-7 tərəfindən hələ müəyyən edilməmiş sabit qiymətdən aşağı satıldığı müddətcə daşınmasına və sığortalanmasına icazə veriləcək. Planın məqsədi Rusiya neftinin qiymətini daha da aşağı salmaqdır.